"Zirə" "İmişli"yə qarşı - Yenilənir

"Zirə" "İmişli"yə qarşı - Yenilənir
PREMYER LİQA 20 Dekabr 2025 / 17:41 7480
-  A +

Misli Premyer Liqasında 16-cı tur davam edir.

QOL.az xəbər verir ki, ikinci oyun gününə nəzərdə tutulan 2 matçdan 1-i artıq başa çatıb.

Əvvəlcə “Karvan-Yevlax” öz meydanında “Neftçi”ni qəbul edib. Oyunda hesabı "Karvan-Yevlax" açsa da, "Neftçi" geridönüş edərək 2:1 hesablı qələbə qazanıb.

Hazırda Yevlax klubu 6 xalla sonuncu – 12-ci pillədə qərarlaşıb. “Neftçi” isə 20 xalla 8-cidir. Bu komandalar arasında Bakıda baş tutan ilk matçda qalib aşkarlanmayıb - 0:0. 

Günün ikinci matçında isə “Zirə” öz meydanında “İmişli”ni qəbul edir. 15 turdan sonra 27 xalı olan paytaxt təmsilçisi 4-cü, bölgə təmsilçisi isə 17 xalla 9-cu yeri tutur. Bu komandalar arasında da ilk dövrənin matçı bərabərliklə yekunlaşıb - 1:1. 

20 dekabr (şənbə)

16:30. “Zirə” – “İmişli” - 0:0 (İkinci hissə)

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Elvin Bayramov
VAR: Rəvan Həmzəzadə
AVAR: Teymur Teymurov
Zirə İdman Kompleksinin stadionu

14:00. “Karvan-Yevlax” - “Neftçi” - 1:2 

Qollar: Araz Abdullayev, 45+8-pen. (1:0), Bassala Sambu, 61 (1:1), Emin Mahmudov, 90+7-pen. (1:2)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev 
VAR: Elçin Məsiyev
AVAR: Zöhrab Abbasov
Yevlax şəhər stadionu

21 dekabr (bazar)

15:00. “Qəbələ” – “Qarabağ”

17:30. “Araz-Naxçıvan” – “Şamaxı” 

22 dekabr (bazar ertəsi)

19:30. “Sumqayıt” – “Sabah”

19 dekabr (cümə)

“Kəpəz” - “Turan Tovuz” - 0:2

Bombardirlər:

Coy-Lens Mikels (“Sabah”) - 9 qol

Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 7 qol

Toral Bayramov (“Qarabağ”) - 7 qol

Karim Rossi ("Şamaxı") - 6 qol

Daha çox


Son xəbərlər