"İmişli" "Qəbələ" ilə heç-heçə etdi, “Sumqayıt”dan darmadağın

"İmişli" "Qəbələ" ilə heç-heçə etdi, “Sumqayıt”dan darmadağın
PREMYER LİQA 18 Oktyabr 2025 / 19:58 10755
-  A +

Misli Premyer Liqasında 8-ci turun matçları davam edir. 

QOL.az xəbər verir ki, ikinci oyun gününə nəzərdə tutulan 2 matçdan 1-i artıq başa çatıb.

“İmişli” Qubada “Qəbələ”ni sınağa çəkib. Görüşdə Qəbələ 2:0 hesabı ilə önə çıxsa da, "İmişli" bərabərlik qollarını vurmağı bacarıb. Matç 2:2 hesabı ilə yekunlaşıb. 7 oyundan sonra 9 xalı olan İmişli təmsilçisi 8-ci pillədə qərarlaşıb. 5 xalı olan “Qəbələ” isə 10-cu yeri tutur. 

Günün ikinci matçında “Sumqayıt” “Karvan-Yevlax”ı sınağa çəkib. Görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, tura sabah keçiriləcək iki matçla yekun vurulacaq. 

18 oktyabr (şənbə)

18:00. “Sumqayıt” - “Karvan-Yevlax” - 4:1 

Qol: Ronaldo Vaskez, 12 (1:0), Coy Mikels, 44 (1:1), Aleksandr Ramalinqom, 55 (2:1), 65 (4:1), Aleksa Yankoviç, 60 (3:1)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamran Əliyev
VAR: Əli Əliyev
AVAR: Əliyar Ağayev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

14:30. “İmişli” - “Qəbələ” - 2:2

Qollar: Domi Massumo, 44 (0:1), İbrahim Sanqare, 47 (0:2), R.de Souza (1:2), Dioqo Almeyda, 80 (2:2)
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov
VAR: Tural Qurbanov
AVAR: Şirmamed Mamedov
Quba OİK stadionu

19 oktyabr (bazar) 

16:00. “Sabah” - “Zirə”

18:30. “Neftçi” - “Araz-Naxçıvan”

17 oktyabr (cümə)

“Şamaxı” - “Kəpəz” - 1:4

“Turan Tovuz” - “Qarabağ” - 1:2 

 

Bombardirlər: 

Coy-Lens Mikels ("Sabah") - 4 qol

Toral Bayramov ("Qarabağ") - 3 qol

Martins Juniyor ("Zirə") - 3 qol

Ba-Muaka Simakala ("Araz-Naxıvan) - 3 qol

Aleks Souza (“Turan Tovuz”) - 3 qol

Daha çox


Son xəbərlər
17.10.25  21:00

Yankoviç qayıtdı!