Fransa - Azərbaycan: 3-cü oyunda 3:0

Fransa - Azərbaycan: 3-cü oyunda 3:0
DÇ-2026 11 Oktyabr 2025 / 00:40 13915
-  A +

Bu gün Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində 3-cü tur oyununa çıxıb.

QOL.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçilik etdiyi komanda Fransanın qonağı olub. Parisdəki  “Park de Prens” stadionunda keçirilən görüş ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hazırda D qrupunda Fransa 9 xalla liderdir, Azərbaycan 1 xalla sonuncu - 4-cüdür. Bu qrupun digər oyununda Urayna İslandiyaya qalib gəlib.

Qeyd edək ki, Fransa və Azərbaycanın əsas milli komandaları tarixlərində üçüncü dəfə üz-üzə gəliblər. Daha əvvəl bu komandalar hələ Avro-1996-nın seçmə mərhələsində qarşılaşıblar. Trabzon şəhərində keçirilmiş ilk qarşılaşmada (13 dekabr, 1994) Azərbaycan milliisi 0:2 hesabı ilə uduzub, Oser şəhərində baş tutan ikinci oyunda (6 sentyabr, 1995) isə Fransa 10:0 hesabı ilə qələbə qazanıb. Bu, millimizin tarixində ən böyükhesablı məğlubiyyətdir.

DÇ-2026, seçmə mərhələ

D qrupu

22:45. Fransa - Azərbaycan - 3:0

Qollar: Mbappe, 45+2, Adrian Rabyo, 69, Florian Tauvin, 84

Hakimlər: Rohit Saqqi, Yorgen Ronninq Valstadsve, Ole Andreas Haukasen, Daniel Higraff

VAR: Tom Harald Hagen

AVAR: Siqurd Krinqstad

22:45. İslandiya - Ukrayna - 3:5

Turnir cədvəli

Daha çox


Son xəbərlər
10.10.25  14:29

Millidə yeni bombardir

09.10.25  15:35

"Napoli"də itkilər