"Qarabağ" dastan yazır! - 2:0

"Qarabağ" dastan yazır! - 2:0
ÇEMPİONLAR LİQASI 1 Oktyabr 2025 / 22:37 16013
-  A +

UEFA Çempionlar Liqasında 2-ci turun oyunları davam edir.

QOL.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” da bu gün meydana çıxıb.

Qurban Qurbanovun komandası Bakıda Danimarkanın “Kopenhagen” klubunu qəbul edib. Matçı Niderlanddan olan türk əsilli hakim Serdar Gözübüyük idarə edib.

İlk turda Portuqaliyada “Benfika” üzərində əzmkar qələbə (3:2) qazanan Ağdam təmsilçisi ev oyununds "Kopenhagen"ə qalib gələrək (2:0) xalını 6-a yüksəldib və turnir cədvəlində üst pillələrdə qərarlaşa bilər. Hazırda "Qarabağ" 4-cü pillədəni tutur.

1 oktyabr

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, 2-ci tur

20:45. “Qarabağ” (Azərbaycan) – “Kopenhagen” (Danimarka) -2:0 

Qol: Abdullah Zubir, 28, Emmanuel Addai, 83

Hakimlər: Serdar Gözübüyük, Ervin Zeynstra, Patrik İnya (Niderland)
Bakı.Tofiq Bəhramov adına Respublika stadionu

Hazırda turnir cədvəli

 

Daha çox


Son xəbərlər