Özbəkistan Futbol Federasiyası 2006-cı ilin “Qızıl Top” mükafatı laureatı Fabio Kannavaro ilə rəsmi əlaqə yaradıb.
QOL.az xəbər verir ki, bu haqda insayder Fabrizio Romano X sosial şəbəkəsi səhifəsində məlumat yayıb.
Məqsəd onun milli komandanın baş məşqçisi vəzifəsinə təyin olunma ehtimalını müzakirə etməkdir. Məlumata görə, hazırda tərəflər arasında danışıqlar davam edir.
52 yaşlı mütəxəssis məşqçilik karyerası ərzində “Everqrand”, “Əl-Nəsr”, “Benevento”, “Udineze” və digər klublara rəhbərlik edib. Kannavaronun son çalışdığı klub isə Zaqreb “Dinamo”su olub. O, bu vəzifədə üç ay yarım işlədikdən sonra bu ilin apreldə komandadan ayrılıb.
Xatırladaq ki, Özbəkistan millisi DÇ-2026-da oynamaq hüququ qazanıb.
"Liverpul"da qala bilər
"Tottenhem"dən "Portu"ya
“Sabah” yeni oyunçu alır
"Zirə"ni liderliyə yüksəldən matçından - Video
"Həmin qol olmasaydı..." - Yuri Vernidub
Tovuzlu azarkeşlər Berdıyevi istefaya səslədilər - Video
"Beşiktaş" onu göndərdi
"Zirə" "Neftçi"yə qalib gəldi, lider oldu
“Real” “Malaqa”nı darmadağın etdi
"Kəpəz"in doğma meydana qayıdış qələbəsindən - Video
"İstefa çağırışları məni narahat etmir" - Kurban Berdiyev
3 il gözlədi, geri dönüşünü qolla qeyd etdi
Benzema ərəb klubundan gedir?
“Çelsi” 7 qolluq matçdan qalib ayrıldı