Azərbaycanın futbol üzrə milli komandasının hücumçusu Mahir Emreli klubu "Kayzerslautern"də son oyunlara çıxmamasına münasibət bildirib.
QOL.az xəbər verir ki, 28 yaşlı hücumçunun adı 2-ci bundesliqanın 7-cu turunda "Paderborn"la səfər matçında (0:2) da iştirak ərizəsində olmayıb. Beləliklə, o, baş məşqçinin qərarı ilə ardıcıl 4 bundesliqa oyununu buraxmalı olub.
"Paderborn"la oyundan əvvəl Emreli Almaniyanın "Rheinpfalz” qəzetinə açıqlama verib və haqqındakı söhbətlərdən narazılığını ifadə edib. O deyib: “Komanda ard-arda üç qələbə qazandı, amma hamı "Kayzerslautern"nin uğurlarını qeyd etmək əvəzinə mənim barəmdə yazır”.
O əlavə edib ki, baş məşqçi Torsten Liberknextlə heç bir problemi yoxdur: “Mənim məşqçiyə qarşı heç bir narazılığım yoxdur. Aramızda heç vaxt mübahisə və ya neqativ söhbət olmayıb. Mən ona və ümumiyyətlə, bütün məşqçilərə hörmətlə yanaşıram”.
Bununla yanaşı Azərbaycan millisinin üzvü hələ də Liberknextin oyun üslubuna öyrəşməyə çalışdığını bildirib: “Bu mövsüm "Kayzerslautern" başqa taktiki sxemlə, daha çox uzun ötürmələrlə oynayır. Mən buna öyrəşməli oldum və hələ də uyğunlaşmağa çalışıram. Bu, əvvəlki mövqelərimdə alışdığım futbol deyil”.
Xatırladaq ki, M.Emreli bu yay "Kayzerslautern"ə transfer olunub. O, hazırkı mövsümdə cəmi 3 bundesliqa oyununda meydana çıxıb və qol vura bilməyib.
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
Arsen Venger Bakıya gəldi
“Əbədi qəlbimizdə” - Şəkil
"Real" Arda ilə yeni müqavilə imzaladı
Famil Xəlilov: “Məqsədimiz təkcə nəticə deyil”
Konfrans Liqasında gecənin nəticələri
"Beşiktaş" və "Yuventus"dan heç-heçə, "Milan" uduzdu
Bruno Fernandeşin evi qarət edildi
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat