Kamal Umudlu Avropa çempionatının 3 oyununda

Kamal Umudlu Avropa çempionatının 3 oyununda
XƏBƏR 24 Sentyabr 2025 / 13:02 1758
-  A +

FIFA referisi Kamal Umudlu 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinə təyinat alıb.

QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, K.Umudlu 5-ci qrup çərçivəsində oktyabrın 8-də Belçika – Moldova oyununun dördüncü hakimi olacaq.

O, həmçinin oktyabrın 11-də Norveç – Moldova, 14-də Moldova – Belarus matçlarını idarə edəcək.

Vüsal Məmmədov isə hər üç qarşılaşmada köməkçi hakim kimi fəaliyyət göstərəcək. 

Qeyd edək ki, qrup mərhələsinin görüşləri Belçikada keçiriləcək.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner