Millimizin üzvü qələbədə iştirak etdi

Millimizin üzvü qələbədə iştirak etdi
XƏBƏR 21 Sentyabr 2025 / 11:44 473
-  A +

Cənubi Koreya çempionatında 30-cu turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Anton Krivotsyukun formasını geyindiyi "Daejon" öz meydanında "Daequ"nu qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Anton bu matçda start heyətdə oyuna çıxıb və sona qədər meydanda olub.

Xallarını 48-ə yüksəldən "Daejon" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Daha çox


Son xəbərlər