Azərbaycan güləşçisi final görüşünə çıxır - Dünya çempionatı

Azərbaycan güləşçisi final görüşünə çıxır - Dünya çempionatı
GÜLƏŞ 21 Sentyabr 2025 / 11:10 695
-  A +

Bu gün Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında final görüşünə çıxacaq.

QOL.az xəbər verir ki, üçqat Avropa çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı həlledici görüşdə iranlı Səid Esmaili ilə qarşılaşacaq. Esmaili Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi və iki qat Asiya çempionudur. 

Qeyd edək ki, hazırda Azərbaycanın hesabında 7 medal var. Ülvi Qənizadə (72 kq) qızıl, Giorgi Meşvildişvili (125 kq) gümüş, Eldəniz Əzizli (55 kq), Nürəddin Novruzov (61 kq), Arseniy Djioyev (86 kq), Osman Nurmaqomedov (92 kq) və Murad Əhmədiyev isə (92 kq) bürünc medal qazanıb.

Daha çox


Son xəbərlər