Bu gün Formula 1 Azərbaycan Qran-Prisinin qalibi müəyyənləşəcək.
QOL.az xəbər verir ki, Azərbaycan mərhələsinin sonuncu günündə əvvəlcə Formula 2 üzrə yarışın qalibi bəlli olub.
"Dams Lukas Oil" komandasının ABŞ-dən olan pilotu Cek Krouford bütün rəqiblərini qabaqlayıb.
"AIX Racing"dən Yoşua Dürksen ikinci, "Hitex TGR"dən Dino Beqanoviç üçüncü olub.
Artıq saat 15:00-da Formula 1 üzrə əsas yarış da start götürüb.
Ötən gün sıralanma mərhələsinin yekunlarına əsasən, ən yaxşı nəticəyə “Red Bull”un sürücüsü Maks Ferstappen imza atıb. "Uilyams"da çıxış edən Karlos Sayns ikinci, "Reysinq Bulls"dan Liam Louson üçüncü yeri tutub. Bu turun nəticələrinə əsasən, əsas yarışda pilotların düzülüşü müəyyənləşib.
20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir.
Qeyd edək ki, Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzlu avtoidman yarışına ev sahibliyi edir. Ölkəmizdə təşkil olunan ilk Formula 1 yarışı Avropa Qran-Prisi adlandırılıb. Həmin yarışda almaniyalı Niko Rosberq birinci olub. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Luis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika), Maks Ferstappen (Niderland) və Oskar Piastri (Avstraliya) bütün rəqiblərini qabaqlayaraq podiumun ən yüksək pilləsinə qalxıblar. Yalnız 2020-ci ildə Azərbaycan Qran-Prisi koronavirus pandemiyası səbəbindən keçirilməyib.
"Sabah" "Turan Tovuz"a belə qalib gəldi - Video
"Mən ən xoşbəxt baş məşqçiyəm" - Dambrauskas
"Ötənilki səhvlər təkrarlanmağa başlayır" - Kurban Berdıyev
"Sabah" "Turan Tovuz"a, "Qəbələ" "Kəpəz"ə qalib gəldi
"Qəbələ"nin 3 qollu qələbəsindən - Video
"Dəyişikliklər qələbədə vacib rol oynadı" - Sxadadze
“Ona dedim ki, məni harasa göndərmək sənin başın üçün deyil”
İlham Zəkiyev Avropa çempionu oldu
"Barselona" onu qışda birdəfəlik almaq istəyir
"Sabah" - "Turan Tovuz" matçı üçün - Heyətlər
Enrike: “Beynimdə bir mahnı səslənir – Usmana “Qızıl Top”
"Qəbələ" - "Kəpəz": Heyətlər
“Formula-1” 2030-cu ilə qədər Azərbaycanda
Boatenq karyerasını başa vurdu
Xabi Alonsonun rəqabət planı
Məhkəmə saxlanılan Adnan Əhmədzadə barədə qərar verdi
“Hətta Roma Papası da mənim oyun sistemimi dəyişdirə bilməz”
"Qarabağ" hamımıza həyat dərsi keçdi" - Video
Prosineçki istefaya göndərildi
“Qarabağ”ın oyununun yeri dəyişdirildi
Azərbaycana müqavilə bağlamağa gəlirdi - Sərhəddə saxlanıldı
Fiziyev zədələndi, döyüşü baş tutmayacaq
“Çelsi”nin futbolçusu yüngül atlet oldu!
Zidanın oğlu hansı ölkənin millisində oynayacaq?
"Beşiktaş"dan məğlubiyyət
"Şimal" - MOİK matçında vurulan qollar - Video
Martinsin dublu, "Zirə"nin qələbəsi - Video
"Şimal" MOİK-lə bərabərə qaldı
"Hər məşqçini belə qələbələr sevindirər" - Rəşad Sadıqov
"Gənc futbolçularımız möhkəm olmalıdır" - Ayxan Abbasov
“Qarabağ”ın oyunçusu ÇL-də rəmzi komandaya düşdü