"Zirə" "Qarabağ"a qalib gəlir, "Araz-Naxçıvan" "Kəpəz"ə qalib gəldi - Yenilənir

"Zirə" "Qarabağ"a qalib gəlir, "Araz-Naxçıvan" "Kəpəz"ə qalib gəldi - Yenilənir
PREMYER LİQA 12 Sentyabr 2025 / 21:01 7616
-  A +

Bu gün milli komandaların oyunlarına görə Misli Premyer Liqasında yaranan 12 günlük fasilə başa çatıb.

QOL.az xəbər verir ki, 4-cü turun ilk oyun günündə iki matç keçirilir.

Turun açılış matçı Qəbələdə baş tutub. “Kəpəz” “Araz-Naxçıvan”ı sınağa çəkib. Görüş Naxçıvan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

4 turdan sonra çempionatın xal qazanmayan yeganə komandası olan Gəncə təmsilçisi 12 kollektiv arasında sonuncudur. 4 oyundan 10 xal toplayan "Araz-Naxçıvan" isə hələ cədvələ liderlik edir. 

Günün ikinci oyununda son çempion “Qarabağ” gümüş medalçı “Zirə”ni sınağa çəkir. 2 oyundan sonra 3 xalı olan Ağdam klubu hazırda 7-ci pillədə qərarlaşıb. “Zirə” isə 7 xalla liderdir.

12 sentyabr (cümə)

20:00. “Qarabağ” - “Zirə” - 0:1 (İkinci hissə)

Qol: Ruan Renato, 39 - pen.
Hakimlər: Rəşad Əhmədov, Tərlan Talıbzadə, Teymur Teymurov, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Əli Əliyev
“Azersun Arena”

17:45. "Kəpəz” - “Araz-Naxçıvan” - 0:2 

Qollar: Slavik Alxasov, 65, Bar Kohen, 86

Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Qəbələ şəhər stadionu

13 sentyabr (şənbə)

16:30. “İmişli” - “Sumqayıt” 

19:00. “Turan Tovuz” - “Qəbələ” 

14 sentyabr (bazar)

16:30. “Şamaxı” - “Karvan-Yevlax”

19:00. “Neftçi” - “Sabah”

Bombardirlər: 

Olabe Roberto ("Turan Tovuz") - 2 qol

Coy-Lens Mikels ("Sabah") - 2 qol

Ceyhun Nuriyev ("Zirə") - 2 qol

İssa Cibrila ("Zirə") - 2 qol

Ba-Muaka Simakala ("Araz-Naxıvan) - 2 qol

Daha çox


Son xəbərlər