Futbol üzrə Ukrayna millisinin yarımmüdafiəçisi Georgi Sudakov DÇ-2026-nın seçmə mərhələsində Azərbaycanla keçirilən oyun (1:1) barədə fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, "Megogo" saytına danışan 23 yaşlı futbolçu deyib: "Niyə belə oldu, demək çətindir. Ümumilikdə yetərincə qol vəziyyətimiz var idi, 1:0 hesabı ilə öndə idik. Sonra bir əks-hücum, cərimə meydançasına ötürmə, əllə oynama epizodu və penalti... Sadəcə bəxtimiz gətirmədi. Hakim penalti təyin etdi. İkinci qolu vurmağa imkan tapmadıq. Açığı, nə deyəcəyimi də bilmirəm. Oyunu indi analiz etmək çox çətindir. Topa nəzarət edirdik, imkanlar yaradırdıq".
Sudakov Azərbaycanla oyundan əvvəl Kiyevdəki evinin yaxınlığına raketin düşməsi barədə də danışıb: "Oyundan öncə yaşadığım hadisə barədə isə deyim ki, psixoloji cəhətdən çox ağır idi. Ailəm üçün narahat idim. Hazırda həyat yoldaşım uşaqlarımızla valideynlərinin evinə köçüb. Düşünürəm ki, siz də şəkillərdə görmüsünüz – mərmi 15-ci mərtəbəyə düşmüşdü. O an ailəm 9-cu mərtəbədə idi. Bina kompleksinin ərazisi də dağıntılar altındadır, bir çox avtomobil zədələnib. Davamlı olaraq pəncərələr sınır, bir çox mənzilin şüşələri dağılıb".
Sudakov Azərbaycanla matçın keçirildiyi Tofiq Bəhramov adına Respublika stadionunun meydançasından narazlıq edib, amma rəqibin də orada oynadığını söyləyib:"Meydança çox ağır vəziyyətdə idi, lakin bu, hər iki komanda üçün eyni idi. Odur ki, artıq bu barədə danışmağın mənası yoxdur".
O, Azərbaycan millisi haqda isə bildirib: "Azərbaycan millisi müdafiədə intizamlı və yaxşı təşkilatlanmış komandadır. Bir neçə texniki futbolçuları var idi, hansı ki, fərdi keyfiyyətləri ilə nəsə yarada bilərdilər. Amma ümumilikdə elə də bu komandada qeyri-adi bir şey görmədik.
Təbii ki, nəticəyə görə hamımız məyus olduq. Anlayırdıq ki, bu oyunda yalnız 3 xal götürmək lazım idi. Daha artığını istəyirdik, amma alınmadı. Oyunu təhlil edəcəyik. Hesab edirəm ki, hər bir futbolçu ilk növbədə öz çıxışına fərdi şəkildə qiymət verməli və növbəti toplanışa tam fərqli motivasiya ilə gəlməlidir”.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi