“Fənərbaxça”nın prezidenti Ali Koç yeni baş məşqçi məsələsi ilə bağlı açıqlamalar verib.
QOL.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o deyib:
"Bir nömrəli alternativimiz Luçiano Spalletti idi. Uzun danışıqlar apardıq, artıq "hə" cavabına yaxın idik, amma ailəsi ilə birlikdə qərar verdi ki, bu mövsüm çalışmasın. Hazırda 3-4 xarici mütəxəssislə danışırıq. Yerli olarsa, İsmail Kartal olmalıdır. Lakin onun gəlişini istəyənlər qədər istəməyənlər də var.
Soruşacaqlar ki, niyə xarici məşqçilərə üstünlük veririk. Kağız üzərində baxanda bu il heyətimiz tariximizin ən güclülərindən biridir. Hər oyunda 11 futbolçudan təxmini 8-9-u legioner olacaq. Ona görə də ulduzların idarə olunması, Avropa təcrübəsi çox önəmlidir.
Asan qərar deyil. Bir-iki günə kimisə açıqlayacağıq. Yerli də, əcnəbi də namizədlərimiz var. Hər birinin üstünlükləri və çatışmazlıqları mövcuddur".
Xatırladaq ki, ötən ayın sonunda Joze Mourinyo "Fənərbaxça"nın baş məşqçilik vəzifəsindən istefaya göndərilib. Türkiyə mediasının yazdığına görə, buna səbəb komandanın uğursuz nəticələri olub. İstanbul təmsilçisi Çempionlar Liqasının pley-off mərhələsində "Benfika"ya uduzaraq mübarizəni dayandırıb.
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi
"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
A Seriyasında daha bir baş məşqçi istefası
Azərbaycan millisi dünya çempionatına heç-heçə ilə başladı
“Borussiya” Niko Kovaçla müqaviləni uzatdı
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqaya təyinat aldılar