"Seçmə mərhələyə qələbə ilə başkamağın nə qədər vacib olduğunu bildirik. Mütləq qalib gəlməliyik. Vəziyyət budur".
QOL.az xəbər verir ki, bu sözləri DÇ-2026-nın seçmə mərhələsinin ilk turunda sabah millimizi qəbul edəcək İslandiya yığmasının üzvü Viktor Palsson ölkəsinin mətbuatına açıqlamasında deyib.
Danimarkanın “Horsens” klubunun müdafiəçisi bildirib ki, Azərbaycan millisi 3 xal almalı olduqları rəqibdir: "Bizdə həqiqətən çox ümidverici və yaxşı bir heyət var ki, lazım olanı edib qələbə qazana bilək. Xüsusilə də evdə oynayarkən. Ümid edirəm ki, ab-hava yaxşı, stadion dolu olacaq və biz həqiqi bir performans göstərə biləcəyik. Bu, mütləq qələbə qazanmalı olduğumuz’ bir oyundur. Məncə, hər kəs bu məqsədlə oyuna çıxacaq. Biz çox yaxşı hazırlaşmışıq".
Palsson Azərbaycan millisinin müdafiədən oyanayacağını, rəqibdən güclü təzyiq gözləmədiklərini qeyd edib: "Mən güman edirəm ki, top daha çox bizdə olacaq və onlar bir qədər müdafiədə oturacaqlar. Onların çox pressinq edəcəyini gözləmirik, əksinə, daha çox əks-hücumlara çıxmağa çalışacaqlar. Rəqib beş müdafiəçi ilə oynayır. Hücum qurarkən səbirlə oynamalı və qətiyyətli olmalıyıq.
Biz sadəcə, rəqibdən daha əzmkar olmalı və daha çox qaçmalıyıq. Bizdə futbol mentaliteti rəqibdən daha yaxşıdır. Bunu tam əminliklə deyirəm. Biz həm topa sahib olarkən, həm də topsuz vəziyyətdə oynanılan island tipli yanaşmanı ortaya qoymalıyıq".
Qeyd edək ki, sabah Reykyavikdə keçiriləcək İslandiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
"Benfika"da ayrılıq
Mitroviç klubunu dəyişdi
Toni Kroos: “İsaka görə ödənilən məbləğ şişirdilib”
Santuş: “Tarix yazmaq istəyirik”
Türkiyə millisi 10 nəfərlə Gürcüstana qalib gəldi
“40 yaşında Modriçin səviyyəsində olmaq inanılmazdır”
"Atletiko" İngiltərə klublarının təkliflərini rədd etdi
Türkiyə millisindən tarixi uğur
"Mançester Siti"nin yetirməsi bu kluba keçdi
"İmişli" doğma bölgəsinə səfər etdi - Şəkillər
“Azərbaycanla oyun ölüm-dirim məsələsinə yaxındır" - İslandiya millisinin baş məşqçisi
Azərbaycan boksçusu dünya çempionatına qələbə ilə başladı
"Napoli"dən 1 mövsümlük ayrıldı
Kyeza “Qarabağ”la oyunda iştirak etməyəcək
Hacinin oğlu Superliqa klubunda
İtaliya millisində itki
"Sabah"ın futbolçusu Özbəkistan millisində qol vurdu