Azərbaycan millisinin DÇ-2026-da ilk oyunu

Azərbaycan millisinin DÇ-2026-da ilk oyunu
ÖLKƏ FUTBOLU 5 Sentyabr 2025 / 08:00 1101
-  A +

Azərbaycan millisi bu gün DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində D qrupunda ilk oyununa çıxacaq.

QOL.az xəbər verir ki, Fernandu Santuşun komandası səfərdə İslandiya ilə qarşılaşacaq. Reykyavikdəki "Lauqardalsvöllur" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Matçı Niderlanddan olan hakimlər briqadası idarə edəcək. 

Bu qrupun digər oyununda isə Ukrayna Fransa iləı üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan millisi 2-ci turda Ukraynanı qəbul edəcək (9 sentyabr).

DÇ-2026-nın seçmə mərhələsi, 1-ci tur

5 sentyabr

D qrupu

22:45. İslandiya - Azərbaycan

Hakimlər: Sander van der Eyk, Rens Blümink, Stefan de Qroot, Mark Naqteqaal

VAR: Jerön Mansxot

AVAR: Klay Ruperti

"Lauqardalsvöllur" stadionu

22:45. Ukrayna - Fransa

Daha çox


Son xəbərlər
03.09.25  17:19

"Barselona"da itki

03.09.25  16:08

"Milan" onu satır