Türkiyəli mütəxəssis Arda Turanın baş məşqçisi olduğu “Şaxtyor” Avropa Liqasının 3-cü təsnifat mərhələsində ilk oyununu keçirib.
QOL.az xəbər verir ki, Ukrayna təmsilçisi Yunanıstanda “Panatinaikos”la qarşılaşıb. Oyun 0:0 hesablı heç-heçə ilə başa çatlb.
Qeyd edək ki, bu, Arda Turanın rəhbərliyi altında Donetsk klubunun Avroliqada 5-ci matçı olub. Yarışda artıq 2 mərhələ adlamağı bacaran “Şaxtyor” 5 matçdan heç birində uduzmayıb: 3 qələbə, 2 heç-heçə.
“Panatinaikos”la oyundan sonra keçirilən mətbuat konfransında Arda Turan nəticədən razı qalmadığını söyləyib:
“Əlbəttə, hesabdan razı deyiləm, amma oyundan razıyam. Oyuna sadə top itkiləri ilə başladıq, lakin sonra topa nəzarəti ələ aldıq və dominant oynadıq. Rəqibimiz “Panatinaikos”un strategiyasına hörmətlə yanaşırıq. Bilirdik ki, onlar standart vəziyyətlərdə və müdafiədən hücuma keçidlərdə effektiv olacaqlar. Oyun zamanı belə epizodlar həqiqətən oldu. İkinci hissədə isə artıq görmək istədiyimiz futbol ortaya çıxdı. Topa və oyunun gedişinə nəzarət etdik”.

Arda Turan həmçinin deyib: “Panatinaikos” kimi rəqibə qarşı oynayanda epizodlarda düzgün hərəkət etmək vacibdir. Mənim fikrimcə, bu baxımdan bir neçə səhv etdik. Ümumilikdə oyunumuzun inkişafından razıyam, amma cərimə meydanına çatanda qol vurmaq istəyimiz daha güclü olmalıdır, bunu hiss etməliyik. Çünki belə oyun bunu tələb edir. Bəzən, ola bilsin, cərimə meydanında çox sakit davranırdıq, halbuki topu final mərhələsinə qədər çatdırmağın dəyərini anlamalıyıq. Bəlkə, bunun üçün xüsusi taktika yoxdur, amma biz bunun üzərində düşünəcəyik. Çalışacağıq.
Futbolçularımın oyunundan razıyam. Hər üç gündən bir oynamaq və bütün bu səfərləri etmək asan deyil. Bizim baxışımız bir komanda, bir ailə olmaqdır. Və bu yolla davam edəcəyik. Oyunçularımla qürur duyuram”.
Qeyd edək ki, “Şaxtyor”la “Panatinaikos” arasında cavab oyunu avqustun 14-də keçiriləcək.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi