“Sabah” və "Araz-Naxçıvan"ın da potensial rəqibləri məlum oldu - Yenilənib

“Sabah” və "Araz-Naxçıvan"ın da potensial rəqibləri məlum oldu - Yenilənib
KONFRANS LİQASI 4 Avqust 2025 / 16:25 7772
-  A +

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkü atılıb.

QOL.az xəbər verir ki, həmin gün Azərbaycan təmsilçiləri “Araz-Naxçıvan” və “Sabah” komandaları da potensial rəqiblərini öyrənib. Hazırda hər iki klub 3-cü təsnifat mərhələsindədir. “Araz-Naxçıvan” Kiprin “Omoniya”, “Sabah” isə Bolqarıstanın “Levski” klubu ilə qarşılaşacaq.

Püşkatmada “Araz-Naxçıvan” - “Omoniya” cütü səpələnmişlər səbətində (Kipr təmsilçisinin yüksək reytinqinə görə), “Levski” - Sabah” cütü isə səpələnməmişlər səbətində yer alıb. 

“Sabah” - "Levski" cütünün potensial rəqibi "AZ Alkmaar" (Niderland) - "Vaduts" (Lixtenşteyn) cütünün qalibi olub. 

“Araz-Naxçıvan” - "Omoniya" cütünün üstün tərəfi isə növbəti mərhələdə Avroliqanın PAOK (Yunanıstan) - "Volfsberger" (Avstriya) cütünün məğlubu ilə görüşəcək.

3-cü mərhələni adlasa, "Sabah" ilk oyununu evdə, "Araz Naxçıvan" isə səfərdə keçirəcək.

Pley-off oyunları isə 21 və 28 avqustda olacaq.

Daha çox


Son xəbərlər