Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi ilə bağlı Şamaxıda jurnalistlər arasında minifutbol turniri start götürüb.
QOL.az xəbər verir ki, Yurd.Media və İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı, “Avrora Qrup”un baş sponsorluğu ilə Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunan yarışın açılış mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman Nazirliyinin məsul şəxsləri, şəhid ailələrinin üzvləri, tanınmış ictimai xadimlər iştirak ediblər.
İdman Araşdırmalar Mərkəzinin sədri Elşən Məmmədov turnirin formatı barədə məlumat verərək bildirib ki, iştirak edəcək komandalar Azərbaycanda XIX əsrin ilk nəşrləri - "Əkinçi", "Ziya", "Kəşkül" və "Kaspi" kimi adlandırılıb.
Daha sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların və dünyasını dəyişmiş media nümayəndələrinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Şamaxı Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Rəşad Əliyev turnirin açılışında bütün iştirakçıları salamlayaraq Milli Mətbuatın 150 illiyi münasibətilə bütün jurmnalistləri təbrik edib. O Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə media və idmanın inkişafına göstərilən xüsusi diqqət və qayğını qeyd edib.
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Şamaxı rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Şahmar Hüseynov da çıxışında turnirdə iştirak edən bütün jurnalistlərə uğurlar arzulayıb. Ş.Hüseynov bildirib ki, əsası "Əkinçi" qəzeti ilə qoyulan milli mətbuatımız zəngin tarixi yol keçib.

Digər təşkilatçı "Yurd.Media"nın baş redaktoru Murad Əliyev çıxışında qeyd edib ki, turnirdə çap və onlayn media, həmçinin televiziya kanallarının həm paytaxtda, həm bölgələrdə fəaliyyət göstərən nümayəndələri öz qüvvəsini sınayacaq. O vurğulayıb ki, belə yarışlar mətbuat işçiləri arasında həmrəyliyin daha da möhkəmlənməsinə töhfəsini verir.
Açılışda çıxış edən Xalq artisti İlham Namiq Kamal qeyd edib ki, bu ərəfələrdə Azərbaycanda milli mətbuatın yubileyi geniş qeyd edilir. O vurğulayıb ki, istər mədəniyyət sahəsindən, istər idman və ictimai-siyasi sahələr üzrə fəaliyyət göstərən Azərbaycan jurnalistləri xüsusi diqqətə layiqdirlər.
Xalq artistinə turnirin iştirakçılarının imzalı topu hədiyyə olunub.
Yarışın informasiya dəstəkçisi olan “Teleqraf” İnformasiya Agentliyinin direktoru İmdad Əlizadə qeyd edib ki Şamaxı hər zaman ölkə ədəbiyyatına və mediasına yaradıcı insanlar bəxş edib. Onun sözlərinə görə, qələm sahiblərinin də məhz Şamaxıda toplaşması rəmzi məna daşıyır.
Azərbaycanın tanınmış şairi Şəhriyar del Gerani də çıxışında Şamaxının söz ustalarının beşiyi olduğunu qeyd edib və jurnalistlərin son dövrlər bu rayonda bir sıra mühüm tədbirlər təşkil etdiyini vurğulayıb.
Sonra tədbirdə iştirak edən şəhid ailələrinin üzvlərinə fəxri fərmanlar və baş sponsor "Avrora Qrup"un hədiyyələri təqdim olunub.
Turnirin açılış oyununda topa rəmzi toxunuşu İlham Namiq Kamal edib.
İctimai-siyasi xəbər saytlarının jurnalistlərindən ibarət “Ziya” komandası televiziya işçilərindən formalaşan “Kaspi” ilə qarşılaşıb. Oyun 8:2 hesabı ilə televiziyaçıların xeyrinə yekunlaşıb.
Sonra idman saytlarının nümayəndələrinin olduğu "Kəşkül" kollektivi informasiya agentlikləri və qəzetlərin jurnalistlərindən ibarət "Əkinçi" ilə qarşılaşıb. Bu matçda da idman sahəsi üzrə ixtisaslaşmış jurnalistlər daha güclü olub - 3:2.
Beləliklə, iyulun 20-də keçiriləcək final oyununda “Kaspi” və “Kəşkül”, 3-cü yer uğrunda oyunda isə “Ziya” ilə “Əkinçi” komandaları üz-üzə gələcək.
Qalibə kubok təqdim olunacaq, ilk 3 yerin sahibləri medallarla, bütün iştirakçılar isə fəxri fərmanlarla təltif ediləcəklər.
Qeyd edək ki, yarış Gənclər və İdman Nazirliyi, AFFA və Şamaxı Olimpiya İdman Kompleksinin təşkilatı dəstəyi ilə keçirilir.
Mövsümün ilk oyunu - Video
"Başlanğıc üçün vacib qələbə idi" - Kurban Berdıyev
"Komandada böyük potensial gördüm" - Kaxaber Sxadadze
"Səbail" Boluda ilk yoxlama oyununu keçirdi
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi
Azərbaycanda yeni mövsümün ilk qolu belə vuruldu - Video
U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atıldı
Stankoviçi Riera əvəzlədi - Rəsmi
"Turan Tovuz" - "Qəbələ": Heyətlər açıqlandı
"Mançester Siti"nin futbolçusu ərəb klubuna keçir
"Araz-Naxçıvan" 2 futbolçu transfer etdi
Trendyol Avropa çempionatının titul sponsorudur
“Milan” Nkunkunu əsas komandadan uzaqlaşdırdı
Təsnifat mərhələsində ən çox qələbəni “Sabah” qazanıb
"Qarabağ"ın "Tvente" ilə oyunlarını onlar idarə edəcəklər
Gürcü futbolçu La Liqa klubuna keçdi
“Qarabağ” “Dinamo”nun 20 illik seriyasına son qoyub!
Rusiya millisi İranla oynayacaq
“Mançester Yunayted” yeni formasını təqdim etdi - Şəkillər
“Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir!”
“Sabahın Ulduzları": "Zirə" və "Neftçi"dən qələbə
“Fənərbaxça” Fredlə yollarını ayırdı
“Əsas heyətə düşmək üçün çox çalışıram” - Musa Qurbanlı
La Liqanın açılış oyunu təxirə salındı
“Dinamo”nun futbolçusu üzr istədi
"Qarabağ"ı pley-offa aparan qələbə - Video
Zamiq Əliyevin komandası Avroliqada “pley-off”a yüksəldi
“Tvente” “Qarabağ”la oyun ərəfəsi tənqid hədəfində
Konfrans Liqasının son pley-offçuları
Avropa Liqasında gecənin nəticələri
UEFA Avroliqa oyununu təxirə saldı
"İki yeni futbolçuya ehtiyacımız var" - Tahir Gözel
Azərbaycanlı futbolçudan Avroliqada möhtəşəm qol! - Video
“Qarabağ”ın pley-offdakı rəqibi dəqiqləşdi
Qurban müəllim onu sərgi eksponatına çevirib!
Mahir Emrelinin komandası da mərhələ adladı
Ayrılan kimi "Fənərbaxça"ya rəqib oldu
Ronaldo saçını narıncı rəngə boyadı - Şəkil