"Mançester Yunayted" "Brentford"un hücumçusu Brayan Mbeumonu hədəfləyib.
QOL.az xəbər verir ki, bu barədə insayder David Ornstein məlumat yayıb.
Mançester təmsilçisi futbolçunun keçidi üçün təklifini artırıb. Ümumi paket hazırda bonuslarla birlikdə 70 milyon funt sterlinqə çatır. Tərəflər arasında danışıqlar hələ davam edir.
"Brentford" isə Mbeumonun mümkün gedişini nəzərə alaraq, "İpsviç"in gənc hücumçu Omari Hatçinsonu transfer etmək üzərində işləyir.
Qeyd edək ki, Brayan Mbeumo "Brentford"un heyətində başa çatan mövsümdə 42 oyuna çıxaraq 20 qol vurub və 9 qolun ötürməsini edib. Onun hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Muslera üzr istədi
"Real"da ayrılıq - Rəsmi
"Neftçi" slovakiyalı hücumçu transfer etdi
Azərbaycanın iki şahmatçısı dünya çempionu oldu
"Zirə"nin "Torpedo" ilə oyunlarının hakimləri bilindi
"Sabah"ın ÇL oyunlarının hakimləri açıqlandı
Bülent Korkmazın yeni komandası bəlli oldu
"Turan Tovuz"dan Vadji qərarı - Rəsmi
Dünya çempionatları tarixində yeni rekord
Klopp Almaniya millisini sərt tənqid etdi