"Qarabağ" Avstriyada son oyununa çıxır

"Qarabağ" Avstriyada son oyununa çıxır
ÖLKƏ FUTBOLU 15 İyul 2025 / 10:22 1974
-  A +

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün son yoxlama oyununa çıxacaq.

QOL.az xəbər verir ki, Ağdam təmsilçisi Avstriyanın "Zalsburq" klubu ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Qurban Qurbanovun komandası Avstriyadakı ilk sınaq matçında Ukraynanın "Metallist 1925" (Xarkov) klubuna uduzub - 4:5. Daha sonra "Tvente" ilə keçirdikləri iki oyunun birində 3:2 hesablı qələbə qazanıblar, digərində 1:2 hesablı məğlubiyyətlə üzləşiblər. "Qarabağ" Bakıdakı yoxlama matçında isə "Zirə"yə 4:0 hesabı ilə qalib gəlib.

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın Avstriya toplanışı iyulun 16-da yekunlaşacaq.


Son xəbərlər