"Barselona"nın sabiq futbolçusu İvan Rakitiç Kataloniya klubunun Messi, Neymar və Suaresin olduğu hücum xətti ilə daha çox Çempionlar Liqası titulu qazana bilməməsinə görə təəssüflənir.
QOL.az AS nəşrinə istinadən xəbər verir ki, o deyib:
"Bu, çox kədərlidir. Bu, bizi məyus və əsəbi edir. Əminəm ki, Messi, Suares, Neymar, Buskets, İnyesta, Pike və digərləri bir-birimizə yaxşı bir tənbeh vermək istərdilər. Çünki, hörmətlə deyirəm: Biz rahatlaşdıq.
O mövsüm Xavi çox vacib fiqur idi. Bunu o vaxt başa düşmürdük, amma indi anlayırıq ki, Xavisiz xırda, amma vacib detalları itirirdik. Bu isə bizi çox məyus edir. Çünki, düşünürəm ki, biz 3 və ya 4 dəfə Çempionlar Liqasını qazana bilərdik".
Rakitiç Xavinin komandadan ayrılmasından sonra nələrin dəyişdiyini də belə izah edib:
"Əgər bu qədər asan izahı olsaydı, çoxdan bunu düzəldərdik. Amma bəzən elə olur ki, artıq detallara fikir vermirsiniz. Qrup mərhələsindəki bir oyunu ciddi qəbul etmirsiniz, ilk oyunda qələbə qazandıqdan sonra cavab matçına lazımınca hazırlaşmırsınız. Və nəticədə futbol, xüsusən də yüksək səviyyədə olan futbol sizi cəzalandırır. Bizimlə də tez-tez belə olurdu".
Messi 39 yaşında
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda
FİFA-dan pley-off mərhələsi üçün yeni penalti qaydası
Ronaldodan yeni rekord
"Qarabağ" Avstriya toplanışına start verdi - Video
"İpsviç Taun"da yeni baş məşqçi
"Barselona" qapıçısı ilə yollarını ayırdı
Portuqaliya - Özbəkistan matçının heyətləri açıqlandı
"Real"a keçəndən sonra təhdid olunur
Türkiyənin matçını şərh etdi, FİFA cəzalandırdı
"Şəfa"dan 1-ci liqa klubuna keçdi
"Məğlubiyyətin heyfini bizdən çıxmaq istəyəcəklər"
“Onlar pul üçün oynayırdı, biz isə…” - Aydın Süleymanlı
"Zirə"dən daha bir transfer
Qattuzonun yeni iş yeri açıqlandı
"Turan Tovuz"dan ayrılan futbolçu "Zirə"də - Yenilənib
"Jirona"da yeni baş məşqçi
Arbeloanın yeni klubu məlum oldu
“Kəpəz”in yeni baş məşqçisi müəyyənləşdi - Rəsmi
Eltun Yaqubluya "Zirə"də yeni vəzifə verildi
"Real"ın yetirməsi "Araz-Naxçıvan"da
"Xankəndi" üç futbolçu ilə yolları ayırdı
Skaloni: "Messi oyuna qoşulanda hamının enerjisi artır"
“Zirə”nin rəqibi xal itirdi
İspaniya millisinin məşqi yarımçıq dayandırıldı
Ronaldonu geridə qoydu, Klozeyə çatdı
Onlar da DÇ-2026 ilə vidalaşacaqlar
Fransa millisinin böyükhesablı qələbəsi - Video