Azərbaycan millisi komandasının baş məşqçisi Berti Foqts AFFA-nın saytına müsahibə verib. Müsahibəni təqdim edirik.
- Klub məşqçiləri ilə görüşmək zərurəti haradan yarandı?
- Klub məşqçiləri ilə son görüşümüzdə demişdim ki, gələcəkdə də belə tədbirlər nəzərdə tutulub. Baş katib Elxan Məmmədovla söhbətimdə klub məşqçiləri ilə ayrı-ayrılıqda görüşməyin məqsədəuyğun olduğunu bildirdim. Çünki belə olan halda daha açıq söhbət etmək mümkündür. Milliyə dəvət olunan futbolçular klublarda oynayır. Onların hazırlıq səviyyəsi klublardan asılıdır. Mən Almaniya millisində işlədiyim 8 ildə olduğu kimi, indi də klub məşqçiləri ilə mütəmadi ünsiyyətdə olmaq istəyirəm. Bir çox müzakirələr olur, taktiki, fiziki hazırlıqlar barədə söhbətlər aparırıq. Futbolçuların klubda necə oynamasını və məşq etməsini öyrənirəm. Belə görüşlər çox lazımlıdır.
- Bu görüşlərdə hansı qənaətə gəldiniz?
- Məşqçilərlə söhbətlərim çox səmərəli keçdi. Fikirlərimizi bir-birimizə söylədik. Onlar hamısı milliyə kömək etmək istəyirlər. Klub məşqçiləri onu gördülər ki, yığmalarda işlərin yaxşı getməsi çox vacibdir. Bundan başqa, məşqçilər mənə öz problemlərindən danışdılar. Dedilər ki, məşq etməyə meydançalar yoxdur. Mən bu söhbətlərin protokolunu yazıb baş katibə verəcəyəm.
- Futbolçuların fiziki hazırlığını artırmaq üçün klublara təklifləriniz oldumu?
- Futbolçuların hazırkı fiziki hazırlığı Azərbaycanda çıxış etmək üçün kifayətdir. Ancaq Avropada oynamaq üçün bəs etmir. Fiziki hazırlığı artırmaq üçün ilk növbədə şərait olmalıdır. Azərbaycanda yaxşı futbolçular var. Məşqçilər də istəyirlər ki, klublarda çoxlu yerli futbolçular oynasınlar. Ümid edirəm ki, FİFA və UEFA bizə uşaq futbolunun inkişafı üçün gələcəkdə də maddi kömək edəcəklər. Bundan başqa, təklif edirəm ki, klubda əsas heyətdə beş yerli oyunçu oynasın. Bundan başqa, klublarda iki nəfər 21 yaşdan aşağı futbolçunun oynamasını istəyirəm. Klub məşqçilərini başa düşürəm, onlara uğur lazımdır. Amma onlar millini də nəzərə almalıdırlar.
- Bu görüşlərdə fikir ayrılığı olmadı ki?
- Xeyr. Görüşlər qarşılıqlı anlaşma səviyyəsində keçib. Üstəlik, məşqçilər bəzi futbolçuları milliyə çağırmağı təklif ediblər. Rusiya ilə oyundan sonra yeni bir-iki oyunçunu toplanışa çağıracağıq. Onu da qeyd edim ki, klub məşqçiləri hazırda milliyə çağırılanları ölkənin ən güclü futbolçuları olduğu ilə razılaşdılar.
- Bu günə qədər 4 klubun baş məşqçisi ilə görüş keçirilib. Gələcəkdə bu görüşlər davam etdiriləcəkmi?
- Bu görüşlər çox böyük əhəmiyyət kəsb edir. Hər kəs fikrini açıq şəkildə deyir. Onlar beynəlxalq futbolda taktika barədə mənə sual verirlər. Artıq bir oyunçunun topu bir dəqiqə saxlaması 1850-ci ildə qalıb. İndi hər yerdə sürətli futbol oynayırlar. Belə futbol oynamaq üçün çoxlu məşq etmək lazımdır. Bir problem də var: Azərbaycanda məşqçi çatışmır. Bir klub məşqçisi mənə şikayətləndi ki, əvəzedici komandada işləmək üçün yaxşı mütəxəssis yoxdur. Belə olan halda uşaq futbolundan necə söhbət edək? AFFA gələcəkdə məşqçilik kurslarını davam etdirməlidir. Ümid edirəm ki, yaşlı futbolçularınız bu kurslara qatılacaq. Onları itirməməliyik.
- Premyer Liqanın 16-cı turunun hansı oyununu izləyəksiniz?
- Sabah Yevlaxda “Karvan” - “Olimpik”, bazar günü isə MOİK - “Simurq” və “Qəbələ” - “Neftçi” qarşılaşmalarına baxacağam. Ümid edirəm ki, “Neftçi” yerli futbolçulara daha çox şans verəcək.
- İki məşqçi - “Simurq”dan Roman Pokora və “Neftçi”dən Hans-Yurgen Gede bu gün görüşə gələ bilmədilər...
- Mən Gedeni başa düşmədim. Onun yadına salmaq istəyirdim ki, o vaxt “Neftçi”yə niyə getmişdi. O, klub rəhbərliyinə söz vermişdi ki, gənclərə şans verəcək. Belə görüşə gəlməmək peşəkarlığa sığmır. Yenə də “Neftçi”yə uğurlar arzulayıram. Roman Pokora MOİK-lə oyuna hazırlaşır. Ona görə də bu görüşün bu gün baş tutmayacağı barədə xəbər vermişdi. Onunla tezliklə görüşəcəyəm.
- “Karvan”, “Xəzər-Lənkəran” və “Olimpik”in məşqçiləri ilə görüşünüz olacaqmı?
- Növbəti toplanış zamanı digər məşqçilərlə də görüşməyi nəzərdə tutmuşam.
- Məşqçilərin milli komandanın martın 2-dən 5-dək və 16-dan 19-a qədər olan toplanışla bağlı fikirləri necə oldu?
- Onlar yaxşı bilirlər ki, beynəlxalq futbolda uğur qazanmaq üçün çox işləmək lazımdır. Almaniyadakı rəqibimizin sürətli futbol oynayacağına inanıram. Bizə məhz sürətli futbol nümayiş etdirən rəqib lazımdır.
- Millinin Almaniya toplanışı hansı zərurətdən yarandl?
- Moskvada Rusiya millisi ilə oyunumuzun süni örtüklü meydanda olacağını nəzərə alaraq Almaniyada belə meydanda məşq edəcəyik.
- İlqar Qurbanovu millinin növbəti toplanışına dəvət etmisiniz...
- O, Türkiyənin birinci dəstəsində oynayır. Ümid edirəm ki, o, Bosniya və Herseqovina və Andorra ilə oyunlarda olduğundan daha yaxşı formadadır.
- Dünən U-17-nin gürcüstanlı həmyaşıdları ilə oyununa baxdınız. Gənclər barədə fikriniz necədir?
- 5-6 nəfərin oyununu bəyəndim. Onlar öz üzərilərində işləsələr, gələcək futbol karyeraları böyük olacaq
"Qəbələ" "Zaqatala"nı darmadağın etdi - Video
"Barselona" və "Arsenal" onu hədəflədilər
Alba "İnter Mayami" ilə yeni müqavilə imzaladı
“Dünya çempionatında üçlüyə düşmək uğur sayılacaq”
1-ci liqanın çempionu "Qəbələ" mükafatlandırıldı - Video
"Real" İspaniya millisinin oyunçusu ilə danışıqlar aparır
Orxan Məmmədov: “Bu, “Zirə” üçün böyük uğurdur”
"Sevilya"dan ayrılacağını açıqladı
"Xoşbəxtik ki, belə bir mötəbər yarış Bakıda keçiriləcək"
Son Hın-Mini şantaj etdilər, həbs olundular
Mourinyonun Portuqaliya millisini çalışdıracağı iddia edilir
Misli Premyer Liqasının 1 oyununu yayımlayacaq kanal dəyişdi
"Bavariya" məşhur futbolçuya nə qədər maaş təklif edir?
Osimhendən tarixi rekord
Kloze Mahirin son durumunu açıqladı
"Arsenal" növbəti mövsüm bu formalarla oynayacaq - Şəkillər
"Barselona"nın futbolçusu əməliyyat olundu
La Liqanı tərk edəcək daha bir klub məlum oldu
Birinci liqaya düşən "Səbail"in aqibəti necə olacaq?
Di Stefanonun 71 illik rekordunu qırdı
“Nottingem”in futbolçusu komadan ayıldı
7 ölkə Azərbaycandakı MDB Oyunlarında iştirakını təsdiqləyib
"Qarabağ" Abubakarla danışıqlar aparırmı?
AFFA rəhbərliyi FİFA-nın Konqresində
15-ci dəfə ölkə kubokunu qazandılar
"Qəbələ" "Zaqatala"ya qarşı
İtaliya kubokunda sürpriz qalib
"Qalatasaray" Türkiyə kubokunun qalibi oldu
"Bavariya"dan "Monako"ya keçidi rəsmiləşdi
Amorim: "Buradan getmək fikrindən uzağam"
"Leyptsiq"i tərk edir
“Real” Xabi Alonsoya görə “Bayer”ə təzminat ödəyəcəkmi?
Flikin bu mövsüm “Real” üzərindəki 4 qələbəyə münasibəti
2-ci liqada 7 oyunun vaxtı açıqlandı
Türkiyə kubokunun finalından öncə dava düşdü - Şəkillər
Azərbaycan millisində çıxış etməsinə icazə vermədilər
Region Liqasında yarımfinalın ilk oyunları keçirildi
FİFA 1 milyard dollar gəlir gözləyir
Azərbaycan - Ukrayna oyunu bu arenada - Rəsmi
Skaloni: "Qalib gəlmək Messinin DNT-sində var"