Bu gün Azərbaycan millisi hazırkı təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununu keçirib.
QOL.az xəbər verir ki, Fernandu Santuşun baş məşqçilik etdiyi komanda Macarıstanı qəbul edib. "Liv Bona Dea Arena"da oynanılan görüş millimizin məğlubiyyəti ilə başa çatıb - 1:2.
Azərbaycan millisi 3 gün əvvəl Latviya yığması ilə də yoldaşlıq oyunu keçirib. Bu matç 0:0 hesabı ilə yekunlaşıb.Daha əvvəl - bu ilin martında keçirilən yoxlama matçlarında isə Azərbaycan millisi Haiti (0:3) və Belarusla (0:2) görüşlərdə uduzub.
Yığmamız ümumilikdə Santuşun baş məşqçiliyi ilə 10 oyunun heç birində qalib gələ bilməyib. 8-ci dəfə uduzan milli komanda yalnız iki dəfə heç-heçəyə nail olub.
Qeyd edək ki, Macarıstanla matç Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsindən əvvəl keçirəcəyi son görüş olub. Yığmamız sentyabr ayında seçmə mərhələnin D qrupunda (rəqiblər Fransa, Ukrayna və İslandiyaya) qarşı mübarizəyə başlayacaq.
10 iyun
Yoxlama oyunu
20:00. Azərbaycan - Macarıstan - 1:2
Qollar: Barnabas Varqa, 5 (0:1), Renat Dadaşov, 8 (1:1), Dominik Soboslay, 34 (1:2)
Baş hakim: Viktor Şimusik (Belarus)
"Liv Bona Dea Arena"
"Bavariya"da ciddi itki
Tunis millisi yeni baş məşqçisini açıqladı
“Mançester Yunayted” qışı transfersiz başa vuracaq?
Afrika Kubokunda gərgin anlar: Salah hər kəsi qəzəbləndirdi
"Liverpul" onun üçün sərvət ödəməyə hazırdır
Superliqa klubu 2 futbolçusunu göndərdi
FİFA Azərbaycan futbolunu bütün dünyaya yayımlayacaq
"Qarabağ"ın rəqibi təcili oyunçu axtarır
DÇ-2026-nı hər kəs izləyə bilməyəcək - ABŞ-dan şok qərar
“Fənərbaxça”nın hücumçusu İngiltərə klubuna keçə bilər
FİFA-nın cəzası ağır oldu
“O, yaxşı mütəxəssisdir” - Sxadadze
Artetadan Xabi Alonsonun gedişinə münasibət
Premyer Liqadakı mövqelərinə görə futbolçu ala bilmirlər
Prins “Qələbə”yə qələbə qazandırdı
Belçika millisinin müdafiəçisi "Monako"da
"Barselona" "Mançester Siti"nin ulduzuna göz dikdi
"Tottenhem" üçün tibbi müayinədən keçdi
AFFA bu komandanı çempionatdan kənarlaşdırdı