“Qarabağ” Futbol Klubu idman jurnalistləri ilə mövsümün yekunlarına həsr olunan görüş keçirib.
QOL.az xəbər verir ki, tədbir Azərbaycan himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Azərbaycanın suverenliyi uğrunda canlarını fəda edən şəhidlərin və bir müddət əvvəl vəfat edən klubun mərhum fəxri prezidenti Abdulbari Gözelin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə klub prezidenti Tahir Gözel çıxış edib. O, Azərbaycan xalqını 28 may Müstəqillik Günü münasibətilə təbrik edib. Ardınca jurnalistləri qarşıdan gələn Milli Mətbuatın 150 illiyi münasibətilə təbrik edən Tahir Gözel onlara uğurlar arzulayıb.
2024/25 mövsümünü dəyərləndirən T.Gozel başa çatmaqda olan mövsümü uğurlu hesab edib: “Avropada uğurlarını davam etdirən komandamız bu mövsümdə də azarkeşlərini sevindirib. Çempionlar Liqasında pley-offa qədər irəliləyən komanda Avropa Liqasının əsas mərhələsində mübarizə aparıb. Ardıcıl 11-ci dəfə qitəmiqyaslı turnirlərdə əsas mərhələyə yüksəlməklə Qarabağ adını layiqincə təmsil etməyə, ucaltmağa çalışıb. “Qarabağ” həmişə fərqli missiya daşıyıb. Bu ad bizi həm meydanda, həm də meydandan kənarda daha məsuliyyətli olmağa, qatıldığımız bütün yarışlarda layiqincə mübarizə aparmağa vadar edib”.
Premyer Liqada ardıcıl 4-cü, ümumilikdə 12-ci çempionluğun qazanılmasından danışan Tahir Gözel komandanı qarşıda Azərbaycan kubokunun final oyununu gözlədiyini vurğulayıb. O, yeni avrokubok mövsümündə də həmişəki kimi "Qarabağ"a inandığını bildirib.
Baş məşqçi Qurban Qurbanov da çıxış edib. Təcrübəli mütəxəssis mövsümboyu çempionat və kubok görüşlərini işıqlandıran jurnalistlərə təşəkkür edib. O, çempionatda rəqabətdən, qarşıdakı hədəflərdən danışıb.
Tahir Gözel və Qurban Qurbanov jurnalistlərin həm ötən mövsüm, həm qarşıdakı planlar barədə suallarını cavablandırıblar.
Rafinyadan het-trik
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
"Sabah"ın 3 qollu qələbəsindən - Video
“Təsadüfi işlə uğur qazanmaq mümkün deyil” - Fərid Namazov
UEFA İrlandiyanın tələbini rədd etdi
"Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
Vüsal oynadı, komandası qələbə qazandı
"Turan Tovuz" "Zirə"ni belə məğlub etdi - Video
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
"Traktor"un qapıçısı "Sumqayıt"da
"Sabah"ın sabiq futbolçusu vətəninə qayıtdı
Mahirin komandasından növbəti məğlubiyyət
"Sabah" - "İmişli" matçının heyətləri açıqlandı
“Arsenal” Premyer Liqa futbolçularını hədəfə aldı
"Tottenhem" uduzdu, azarkeşlər istefa tələb etdi
Ronaldo yenidən "İmişli"də
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
"Turan Tovuz" - "Zirə": Heyətlər
Dünya nəhəngləri 15 yaşlı futbolçu üçün mübarizə aparır
UEFA FİFA-dan bunu tələb etdi
İtaliya millisinin Türkiyə ilə oyun üçün heyəti açıqlandı
Əfsanəvi futbolçu vəfat etdi
"Kəpəz" 2 yoxlama oyunu keçirəcək
“Onun artıq 35 yaşı, mənim isə 4 illik layihəm var” - Zidan
“Şəfa”nın legioneri: “Qarabağ” daha üstün oynadı” - Video