Sabah Azərbaycan Premyer Liqasının növbəti turu çərçivəsində Yevlaxda “Olimpik”lə qarşılaşacaq “Karvan”ın baş məşqçisi Yunis Hüseynov oyun öncəsi Qol.Az-a müsahibə verib
- “Olimpik” matçının hazırlığı necə gedir?
- Normal gedir. Məşqlərimizi gündə bir dəfə olmaqla Yevlaxda davam etdiririk. Hazırda bütün diqqətimiz “Olimpik”lə oyuna yönəlib.
- Bu qarşılaşmadan nə gözləyirsiniz?
- Ancaq və ancaq qələbə. Yalnız üç xal üçün meydançaya çıxacağıq. Mən elə düşünürəm ki, “Bakılı” ilə oyundan sonra bu oyunda da xal itirməyə haqqımız yoxdur. Qələbə qazanmaqla həm də həmin oyundakı məğlubiyyətə görə azarkeşlərimiz önündə bəraət almış olacağıq. Bununla belə etiraf etməliyəm ki, bizi çox ağır oyun gözləyir.
- Yeri gəlmişkən, futbolçularınız “Bakılı” məğlubiyyətindən sonra özlərinə gələ biliblər?
- Hə, artıq hər şey yoluna düşüb. Bu, futboldur, qələbə də olur, məğlubiyyət də. Bir dəfə udursan, növbəti dəfə uduzursan.
- Amma etiraf edək ki, qarşısına avrokuboklara vəsiqə qazanmaq məqsədi qoyan “Karvan” “Bakılı” kimi autsayderə məğlub olmamalıydi.
- Əlbəttə. Düzdür, həmin gün Zabratdakı stadionun durumu olduqca bərbad idi. Demək olar ki, futbol oynamaq mümkün deyildi. Üstəlik də yağış yağırdı. Amma bütün bunlar bizim məğlubiyyətimizə haqq qazandıra bilməz. İstənilən halda “Bakılı”nı məğlub etməliydik. Oyun üstünlüyü də tamamilə bizim tərəfimizdəydi. İlk hissədə hesabı açdıq. Fasilədən sonra bunu artırmağa borclu idik və imkanlarımız da oldu. Lakin bacarmadıq. Rəqib isə iki dəfə mərkəzi keçdi və hər ikisində qapımıza qol vurdu.
- Gözlənilməz məğlubiyyət turnir cədvəlinizdəki mövqeyinizə də təsir edəcək.
- Mən bunu uşaqların özlərinə də demişəm. Bilirsiniz ki, “Bakılı”dan öncə biz ilk dövrədə öz meydançamızda başqa bir autsayder “Turan”a da xal vermişdik. Futbolçularıma demişəm ki, gələcəkdə bu iki oyunda itirilən xalların yeri mütləq görünəcək. O zaman anlayacağıq ki, autsayderlərlə oyunlarda 5 xal itirmək nə deməkdir.
- “Bakılı” ilə matçdan sonra futbolçularınızı cəzalandıracağınızı demişdiniz.
- Bəli. Bütün futbolçular öz cəzalarını aldılar.
- Yəqin ki söhbət maddi cəzadan gedir.
- Bəli.
- Məbləğini açıqlaya bilərsiniz?
- Yox. Amma həmin pul hamısının maaşından çıxılacaq. Uşaqlar özləri də bu cəzaya layiq olduqlarını gözəl bilirlər və ona görə də heç kim buna etirazını bildirmədi. Əksinə, hamısı qərarımın düzgün olduğunu dedilər.
- Razılaşın ki, “Olmpik”lə də oyunda xal itirsəniz, avrokuboklar vəsiqə şansınız sual altına düşəcək.
- Elədir. Bunun üçün də meydana ancaq qələbəə üçün çıxacağıq.
- Sizdən fərqli olaraq, “Olimpik” həm də ölkə kubokunda mübarizəni davam etdirir və növbəti həftə onları “Qəbələ”ylə çətin oyun gözləyir. Bu mənada, həmkarınız Əsgər Abdullayevin əsas heyəti «Qəbələ»ylə oyuna qoruyacağını düşünür.
- Mən bu fikri qəbul etmirəm. Çünki turnir cədvəlinə nəzər salsaq görərik ki, “Olimpik”in çempionatdan da avrokuboklara getmək şansı qalmaqdadır. Bu mənada, onların bu şansdan imtina edəcəyini düşünmürəm.
"Qarabağ" - "Sabah" oyunundakı qollar - Video
"Zirə" Azərbaycan çempionu oldu
"Zirə" "Turan Tovuz"u belə məğlub etdi - Video
İllərdir futbolumuzda belə anşlaq olmurdu - Video
"Finala çıxdığımızı düşünmürəm" - Rəşad Sadıqov
"Şəfa" büdrədi, "Şahdağ Qusar" qalib gəldi
“Haqqımız Əliyar Ağayevin haramı olsun” - Video
Luçeskunun durumu açıqlandı
Qattuzo istefaya göndərilməsindən danışdı
"Qarabağ" - "Sabah": Heyətlər
"Baku Open" şahmat festivalı keçiriləcək
Messinin DÇ-2026-da iştirakı sual altındadır
Premyer Liqanın ən yaxşı oyunçusu seçildi
Qattuzo istefaya göndərildi
"Turan Tovuz" - "Zirə": Heyətlər
Arteta İngiltərədə ən yaxşı məşqçi seçildi
Luçeskunun ürəyi tutuldu
"Fənərbaxça"nın futbolçusu azadlığa buraxıldı
Harri Keyn sabah oynamayacaq
FİFA finala biletlərin qiymətini kəskin artırdı
Lukas Peresin yeni klubu məlum oldu
Azərbaycan futzal millisinin heyəti açıqlandı
AFFA prezidentindən Qurban Qurbanovla bağlı açıqlama
Cahangir Həsənzadə AFFA-dakı vəzifəsindən ayrılır
Azərbaycanda ən çox azarkeş toplayan komandalar açıqlandı
UEFA Azərbaycan klublarına nə qədər maliyyə vəsaiti ayırıb?
Rövşən Nəcəf Ayxan Abbasovun işinə qiymət verdi
"O stadion təmirə bağlanır" - Cahangir Fərəcullayev
İllik gəlir 61 milyon manat olub - AFFA açıqladı
AFFA-nın Hesabat Konfransı keçirilir
Del Pyero İtaliya millisi haqda - "Bu, rüsvayçılıqdır"
AFFA-da klublar üçün seminar
Ronaldo hazırdır
İtaliya millisinin baş məşqçisi vəzifəsinə 3 əsas namizəd
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video