"Sabah" "Neftçi"yə, "Qarabağ" "Şamaxı"ya qalib gəldi

"Sabah" "Neftçi"yə, "Qarabağ" "Şamaxı"ya qalib gəldi
PREMYER LİQA 24 May 2025 / 21:20 9213
-  A +

Misli Premyer Liqasında mövsümün sonuncu - 36-cı turunun matçları davam edir. 

QOL.az xəbər verir ki, ikinci gündə daha iki oyun keçirilib. 

Əvvəlcə artıq çempionluğu rəsmiləşdirən “Qarabağ” səfərdə “Şamaxı”nın qonağı olub. Görüş ağdamlıların 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

"Qarabağ" bu qələbədən sonra xal sayını 89-a çatdırıb. "Şamaxı" isə 36 xalla 7-ci yerdədir. 

Daha sonra isə “Sabah” “Neftçi”ni qəbul edib. Bu görüşdə Masazır təmsilçisi 1:0 hesablı qələbə qazanaraq turniri 48 xalla 5-ci yerdə başa vurdu. "Neftçi" isə 43 xalla 6-cı yerdədir. 

24 may (şənbə)

19:30. “Sabah” - “Neftçi” - 1:0 

Qol: Cesse Sekidika, 62
Qırmızı vərəqə: Sofian Çakla, 50 ("Sabah"), Edvin Kuç, 75 ("Neftçi")
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Kamranbəy Rəhimov
VAR: Rəvan Həmzəzadə
AVAR: Kamran Bayramov
“Bank Respublika Arena”

17:00. “Şamaxı” - “Qarabağ” - 0:1 

Qol: Emmanuel Addai, 86
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Tərlan Talıbzadə, Əkbər Əhmədov
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Şamaxı şəhər stadionu

25 may (bazar)

17:00. “Turan Tovuz” - “Kəpəz”

19:30. “Araz-Naxçıvan” - “Zirə”

23 may (cümə)

“Səbail” - “Sumqayıt” – 1:4

Bombardirlər:

Leandro Andrade ("Qarabağ") - 15 qol

Salifu Suma ("Zirə") - 12 qol

Davit Volkov ("Zirə") - 11 qol

Cesse Sekidika ("Sabah") - 11 qol

Felipe Santos ("Araz Naxçıvan") - 10 qol

Coy-Lens Mikels ("Sabah") - 9 qol

Nəriman Axundzadə ("Qarabağ") - 9 qol

Rafael Utziq ("Zirə") - 9 qol

Pavol Şafranko ("Sabah") - 9 qol

Daha çox


Son xəbərlər
24.05.25  12:10

"Napoli"dən ilk