Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts ölkəmizə budəfəki səfəri zamanı bütün klubların baş məşqçiləriylə fərdi qaydada görüşlər keçirməyə başlayıb. Şübhəsiz ki, milli komandamız və bütövlükdə Azərbaycan futbolu naminə alman məşqçi və AFFA-nın təşəbbüsüylə atılan bu addımı təqdir etmək lazımdır. Hər halda Foqts müəyyən obyektiv səbəblərdən bir müddət ölkəmizdə olmadığından klublarda baş verən hadisələrdən gec xəbər tutur və bu mənada, o, milli komandanın üzvü olan və olmayan futbolçuların durumuyla bağlı birbaşa məşqçilərin özündən məlumat alır. Elə dünənki görüşləri də təkcə Foqtsun özü deyil, bütövlükdə futbolumuz üçün faydalı hesab etmək olar. Məsələn, milli komandamızın baş məşqçisiylə görüşdə «Bakı» klubunun çalışdırıcısı Coko Hacıyevski Foqtsun diqqətindən kənarda qalan və artıq futbolumuzda öz sözünü deyən beş istedadlı oyunçunun - Cəmşid Məhərrəmov, Rəfael Əmirbəyov, Elvin Əliyev, Mahmud Qurbanov və Bəxtiyar Soltanovun milli komandamıza kömək edə biləcəklərini söyləyib. Eləcə də «İnter»in baş məşqçisi Valentin Xodukin Elvin Məmmədov və Cavid Hüseynovun durumuyla bağlı baş məşqçini məlumatlandırıb. Bunlarla istər Hacıyevski, istərsə də Xodukin alman məşqçidə futbolçularla bağlı müəyyən təəssüratlar yarada bilib. Düzdür, həmin oyunçuların Rusiya ilə matçın hazırlığına çağırılıb-çağırılmaması hələ bilinməsə də, Foqtsun bu məşqçilər tərəfindən irəli sürülən təklifləri nəzərə alacağı gözləniləndir.
Məlum olduğu kimi, bu gün Foqts digər klubların baş məşqçiləriylə də görüşməliydi. Amma bu görüşlərdən ikisi baş tutmayıb. AFFA-nın rəsmi saytının məlumatına görə, Simurq» klubunun baş məşqçisi Roman Pokora üzürlü səbəbə görə görüşə gələ bilmədiyi barədə məlumat verdiyindən, onunla görüşün vaxtı dəyişdirilib. Məlumatda daha sonra deyilir: «Neftçi» klubunun baş məşqçisi Yurgen Gede isə heç bir səbəb göstərmədən görüşə gəlməyib».
Bu gün diqqət çəkən əsas məqam da məhz Gedenin bu addımıyla bağlıdır. Əslində Foqts üzərinə düşən vəzifənin məsuliyyətini dərk edərək və Gedeylə aralarındakı soyuq münasibəti bir kənara qoyaraq «Neftçi»nin baş məşqçisini görüşə çağırdı, bununla həm də alicənablığını ortaya qoydu. Foqts kin-küdurəti unudaraq bir peşəkar, milli komandaya cavabdeh olan bir şəxs kimi böyüklük edib həmyerlisi Gedeyə əl uzatdı, amma «Neftçi»nin baş məşqçisi kiçiklik edib bu əli geri qaytardı. Səbəb gün kimi aydındır: Gede hələ də kin saxlayır. Amma axı, bu məsələdə söhbət iki fərdin arasındakı soyuqluqdan getmir. Foqts milli komandaya cavabdehlik daşıyır, Gede isə «Neftçi»nin baş məşqçisidir. Bu gün əslində Foqtsla Gede yox, Azərbaycan milli komandasının baş məşqçisiylə «Neftçi»nin baş məşqçisi arasında görüş olmalıydı. Amma artıq dediyimiz kimi, Gede, daha doğrusu, Azərbaycan futbolunun flaqmanı sayılan, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bütün dövrlərdə milli komandamıza futbolçu verən «Neftçi»nin baş məşqçisi bu görüşə gəlmədi.
Hərçənd, gəlməliydi. Bu, onun peşə və mənəvi borcuydu. Bəs itirən kim oldu: milli komandamı, «Neftçi»mi, onun futbolçusumu? Əlbəttə, bu suallara ən doğru cavabı zaman özü verəcək. Amma indi ortada danılmaz bir həqiqət var. Azərbaycanda çalışan əcnəbi məşqçi işlədiyi ölkənin milli komandasına və onun baş məşqçisinə belə sayğısızlıq etməməliydi. Amma Gede bir incikliyə görə Azərbaycan futboluna da, milli komandamıza da, onun yüzminlərlə azarkeşinə də münasibətini açıq şəkildə ortaya qoydu.
İndi siz özünüz də deyin, Gede düzmü etdi?
Aydın BAĞIROV
"Neftçi"ni dirildən adam
Bu klublar 30 yaşdan yuxarı futbolçulara şans verməyib
Baş məşqçi intizam cəzası ilə üzləşə bilər
Portuqaliya millisindən iddialı hədəf
İngiltərədə böyüyən futbolçu niyə Nigeriya millisini seçib?
Baş məşqçiyə ultimatum: Ya kubok, ya istefa!
Kukurella ağır zədələndi
"Əl-Nəsr" Ronaldosuz qələbə qazandı
Azarkeşlər baş hakimin fitini oğurladı, klub cəzalandırıldı
"Everton" "Mançester Siti"dən 2 futbolçu transfer edə bilər
"Real" və UEFA razılığa gəldi
"Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır" - Edvin Kuç
"Barselona" yarımfinal matçına ciddi itki ilə çıxacaq
Baş məşqçidən etiraz: "Həmin qol ləğv olunmalıdır"
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
Nərimandan “Qarabağ”a vida
"Nyukasl"dan Şəhidlər Xiyabanı və orucluqla bağlı - Müraciət
"Tottenhem" Tomas Frankı istefaya göndərdi
Azərbaycanı Sloveniyada təmsil edəcək cüdoçular
Macəra dolu Amerika.. - Tanış olun, Nərimanın yeni klubu!
AFFA bu klubları cərimələdi
1-ci liqada 5 oyunun hakimləri məlum oldu
"Qəbələ" Fransa millisinin sabiq üzvünü transfer etdi
"Qarabağ" – "Nyukasl" oyununun biletləri satışa çıxarılır
Premyer Liqada 100-cü oyun
"Özümü göstərmək və milliyə dəvət almaq istəyirəm"
“Turan Tovuz” 30-cu oldu
“Qarabağ”ın seleksionerləri və Joni Montiel haqda - Video
"Sabah"ın yubiley qalibiyyəti
"Nyukasl"ın 4 oyun sonra gələn qələbəsi - Video
"Qarabağ" 9, "Sabah" 13 pillə irəlilədi - Dünya reytinqi