“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu Avropa Liqasının yarımfinalının "Budo-Qlimt"lə cavab matçından sonra mətbuat konfransındakı açıqlaması ilə gündəmə gəlib.
QOL.az xəbər verir ki, onun komandası rəqibini ilk görüşdə 3:1, cavab oyununda isə 2:0 hesabı ilə məğlub edib. London klubu turnirin finalında İngiltərənin digər təmsilçisi "Mançester Yunayted"lə qarşılaşacaq.
"Budo-Qlimt"lə cavab matçından sonra jurnalistlərdən biri Postekoqluya belə bir sual ünvanlayıb: “Mançester Yunayted”in baş məşqçisi deyir ki, Avropa Liqasında qalib gəlmək onlar üçün mövsümü xilas etməyəcək... Bəs bu, “Tottenhem”in mövsümünü xilas edəcəkmi?"
Həmin sual Postekoqlunu əsəbiləşdirib. O, belə cavab verib: "Mənə əhəmiyyətli deyil. “Mançester Yunayted”in nə düşündüyü məni niyə maraqlandırmalıdır? Bunun mənə nə dəxli var? “Mançester Yunayted” baş məşqçisindən niyə belə dediyini soruşun. Əvvəldən dedim ki, Avropa Liqası bizim üçün vacibdir. Bunu siz məndən yaxşı bilirsiniz. Klubu çoxdan izləyirsiniz. Sizcə, kubok bu klub üçün nə deməkdir? Hal-hazırda bəzi insanlar "Tottenhem"in kubok qazanacağından həqiqətən qorxurlar. Onlar bu inamı azaltmağa, yoxa çıxarmağa çalışırlar və bizi “Mançester Yunayted”lə müqayisə etməyə başlayırlar”.
Qeyd edək ki, Avroliqanın final oyunu mayın 21-də Bilbaodakı "San Mames Stadium"da keçiriləcək.
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi