"Real"da "Barselona"nın futbolçularının açıqlamaları xoş qarşılanmayıb.
QOL.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
İspaniya kubokunun finalında komandaların qarşılaşdığı görüşdən sonra Kataloniya klubunun vingeri Lamin Yamal belə bir açıqlama vermişdi: "Oyundan öncə Arauxoya dedim ki, bizə nə qədər qol vursalar da, fərq etməyəcək, çünki bu il "Real" bizi məğlub edə bilmir".
Onun komanda yoldaşı İnyiqo Martines isə demişdi ki, həmin gecə futbol qalib gəldi və "Barselona" Madrid təmsilçisindən yaxşı olduğunu sübut etdi.
Bu açıqlamalar "Real"ın futbolçuları tərəfindən birmənalı qarşılanmayıb. Ona görə də onlar mayın 11-də La Liqanın 35-ci turunda keçiriləcək "El-Klassiko"ya qisas almaq üçün çıxmaq niyyətindədirlər. Görüş Bakı vaxtı ilə 18:15-də başlayacaq.
Xatırladaq ki, İspaniya kubokunun finalı "Barselona"nın 3:2 hesablı qələbəsi ilə başa çatmışdı.
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi