Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin son turlar Almaniya 2-ci bundesliqasında uğurlu oyunu bu ölkənin mətbuatının diqqət mərkəzindədir.
QOL.az xəbər verir ki, nüfuzlu "Bild" qəzeti son 3 oyunda 4 qol vuran Emreliyə yazı həsr edib.
Yazıda qeyd edilir ki, Mahir Emreli "Fortuna Düsseldorf"la oyunda (3:3) son üç matçda artıq dördüncü qolunu vurub. "Yalnız indi məlum olub ki, o, əvəzlənmədən az əvvəl orta əl sümüyünü qırıb. Lakin xüsusi bir dəstəkləyici bant vasitəsilə bazar günü "Elversberq"ə qarşı keçiriləcək oyunda da meydanda olacağı gözlənilir" - deyə yazıda vurğulanır.
Daha sonra qeyd edilir: "Düsseldorfa qarşı oyunda o, klubun ən yaxşı futbolçusu idi. Millinin üzvü demək olar ki, bütün təhlükəli hücumlarda iştirak etdi, ikili mübarizələrin təxminən 65 faizini qazandı və 96 faizlik ötürmə dəqiqliyi ilə oynadı. Bu, heyrətamiz bir inkişafdır. Qışda Cənubi Koreyaya transferi baş tutmadıqdan sonra Emrelinin komanda üçün yenidən vacib bir oyunçuya çevriləcəyi düşünülmürdü. İndi isə klub onun yayda başa çatan müqaviləsini uzatmağı yenidən gündəminə gətirib".
Nəşrin yazdığına görə, tez-tez fərqli davranışları ilə seçilən hücumçunun gələcəyi hələ dəqiq deyil. "Nürnberq"dən hələlik yeni bir təklifin gəlmədiyi bildirilir. "Bild"in məlumatına görə, Emreli Almaniyada qalmaq istəyir. O, ən çox isə Bundesliqa klubunda oynamaq arzusundadır.
Nəşr qeyd edir ki, Emrelinin performans partlayışı şübhəsiz ki, digər klubların da diqqətindən yayınmayıb. Qəzetin məlumatına əsasən, azı iki Bundesliqa klubu solayaqlı hücumçunu yaxından izləyir. Onun hər uğurlu çıxışı isə "Nürnberq"də qalma ehtimalını bir qədər də azaldır.
"Ona görə də klub onunla yeni müqavilə imzalamaq istəyirsə, maliyyə baxımından daha ciddi bir addım atmalı olacaq" - deyə yazıda bildirilir.
“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı