Mahir Emreli zədələndi

Mahir Emreli zədələndi
XƏBƏR 29 Aprel 2025 / 08:48 1761
-  A +

Almaniyanın "Nürnberq" klubunda çıxış edən Azərbaycan millisinin üzvü Mahir Emreli zədələnib.

QOL.az xəbər verir ki, bu barədə 2-ci Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb.

28 yaşlı hücumçu 31-ci turda "Fortuna" ilə matçda əlindən xəsarət alıb. Onda metakarpal (əl sümüyü) sınığı aşkarlandığı qeyd olunub.

Hazırda futbolçunun müalicə olunduğu, onun xüsusi hazırlanmış şinlə məşqlərə və oyunlara qatıla biləcəyi bildirilib. Qeyd olunub ki, Mahirin nə vaxt məşqlərə başlayacağı hələlik bəlli deyil.

Qeyd edək ki, "Fortuna" ilə matçda (3:3) komandasının 2-ci qolunu vuran Emreli ardıcıl 3 oyundur ki, fərqlənir. O, son 3 qarşılaşmada rəqib qapılarına 4 dəfə yol tapıb.


Son xəbərlər