Türkiyə “Trabzonspor”u Cənubi Azərbaycan təmsilçisi “Traktor" klubu ilə bağlı maraqlı paylaşım edib.
QOL.az xəbər verir ki, paylaşımda İran çempionu olmağa yaxın görünən Təbriz klubu ilə əlaqədar bu sözlər yazılıb:
“2024/2025 mövsümündə İran Pro Liqası çempionluğu yolunda inamla addımlayan Azərbaycan türklərinin qüruru “Traktor”u dəstəkləyirik. Möhtəşəm tərəfdarları ilə birlikdə sərgilədikləri əzm, mübarizə və qərarlılıq sadəcə futbol meydanlarında deyil, türk dünyasının könlündə də böyük iz buraxır.
“Traktor”u çıxdığı bu çempionluq yolunda təbrik edirik və uğurları ilə qürurlanmaqlarının davamını diləyirik. Yolunuzun sonu çempionluq olsun!”
Türkiyə təmsilçisinin bu paylaşımından sonra “Traktor” klubu da sosial media hesablarında cavab verib:
“Trabzonspor”a ürəkdən təşəkkür edirik! Bu həmrəylik və qardaşlıq bizə böyük güc verir. İnşallah, çempionluq bizim olacaq!
Yaşasın “Traktor”! Yaşasın “Trabzonspor!”
Qeyd edək ki, sona 3 tur qalmış xallarının sayını 61-ə çatdıran “Traktor” ən yaxın izləyicisi “Sepahan”ı 5 xal qabaqlayır. Təbriz klubunu tarixində ilk çempionluqdan cəmi 2 qələbə ayırır.

“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı