İkinci liqada çempionluğun taleyini həll edəcək “Şəfa” – “Şahdağ Qusar” oyunundan öncə meydan sahibi komandanın biletlərin qiymətini artırması qarşı tərəfin narazılığına səbəb olub.
QOL.az saytına müraciət edən qusarlı azarkeşlər qonaq komanda üçün biletin qiymətinin 10 manata olduğunu bildiriblər, "Şəfa" rəhbərliyinin bu qərarına etiraz etdiklərini deyiblər.
Qeyd edək ki, hətta Misli Premyer Liqasının oyunlarında belə ən ucuz biletin qiyməti "Şəfa"nın təyin etdiyi qiymətdən ucuz olur: 2 manatdan 5 manata qədər.
Məsələ ilə bağlı qafqazinfo.az saytı isə yazıb ki, qusarlı azarkeşlərin bir çoxu komandalarına dəstək olmaq üçün avtobuslarla səfərə yollanmaq istəyib. Lakin çempionluq üçün mübarizə aparan “Şəfa” rəqibin azarkeş dəstəyi ilə üstünlük əldə edəcəyini düşünərək süni şəkildə biletlərin qiymətini qaldırıb.
Maraqlıdır ki, “Şəfa” öz azarkeşləri üçün biletləri pulsuz edib. 10 manatlıq biletlər isə yalnız qonaq komandanın tərəfdarları üçündür.
“Şəfa”nın prezidenti Sərdar Salamzadə məsələyə bu cür şərh verib: “İlk dövrədə “Şahdağ Qusar” klubu bizim azarkeşləri stadiona ancaq bilet əldə etdikdən sonra buraxacağını bildirmişdi. Biz isə öz növbəmizdə niyə məhz bizim azarkeşlər üçün bilet tələb olunduğunu və digər oyunlarda bilet olmadığını soruşanda dedilər ki, qərar belədir. Ardından 2 dəfə bilet qiymətini qaldırdılar. Biz problem etmədik, 200 bilet alıb oyuna getdik.
Biz də öz növbəmizdə “Şahdağ Qusar” ilə oyuna biletlə giriş olacağını elan etdik. Öz azarkeşlərimizə bilet və dəvətnaməni özümüz əldə edəcəyik. Bizim addımımızın onlara cavab olduğunu deməzdik, amma ümumi qərar budur. Və düşünürəm ki, biz Premyer Liqaya çıxandan sonra “Şəfa”nın, “Qarabağ”ın, “Neftçinin və s. oyunlarına azarkeşlər bilet alaraq gələcəklər. Biz klub olaraq bu istiqamətdədə işlər aparırıq”.
Qeyd edək ki, 23-cü turun "Şəfa" - "Şahdağ Qusar" oyunu mayın 4-də keçiriləcək. Hazırda "Şahdağ Qusar" 22 oyundan 64 xalla 1-ci, "Şəfa" isə 61 xalla 2-ci yeri tutur.

“Qarabağ”da 100-cü oyun
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı