Bu gün milli komandamızın baş məşqçisi Berti Foqts klub məşqçiləri ilə görüşünü davam etdirib. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Berti Foqts AFFA-nın inzibati binasında «Standard»ın baş məşqçisi Badri Kvaratsxeliya, «Simurq»un baş məşqçisi Roman Pokora və «Neftçi»nin baş məşqçisi Yurgen Gede ilə fərdi qaydada görüşməli idi. Lakin Qol.Az-ın əldə etdiyi xəbərə görə, “Simurq”un çalışdırıcısı Roman Pokora bu görüşə qatılmaqdan imtina edib.
“Karvan” və "Olimpik"ın baş məşqçiləri isə hələlik Foqtsla görüşə çağırılmayıb. "Karvan"ın baş məşqçisi Yunis Hüseynov Qol.Az-ın müxbiri ilə söhbətində Foqtsla görüşmək barədə ona xəbər verilmədiyini deyib.
***
Qol.Az-ın müxbiriylə söhbətində R.Pokora görüşə qatılmadığını təsdiqləyib: "Hazırda komandanın məşqindəyəm, bütün fikrimi də "Simurq"a yönəltmişəm".
Qol.Az-ın əldə etdiyi başqa bir məlumata görə, R.Pokora ümümiyyətlə Foqtsla görüşə dəvət almadığını deyib.
***
Milli komandanın baş məşqçisi Berti Foqtsun bu gün AFFA-nın inzibati binasında «Standard» klubunun baş məşqçisi Badri Kvaratsxeliya, «Simurq» klubunun baş məşqçisi Roman Pokora və «Neftçi» klubunun baş məşqçisi Yurgen Gede ilə fərdi qaydada görüşü nəzərdə tutulmuşdu. AFFA-nın məlumatına görə, bu klubların baş məşqçiləri ilə əvvəlcədən görüşün vaxtı və yeri razılaşdırılmağına baxmayaraq, görüş yalnız «Standard» klubunun baş məşqçisi Badri Kvaratsxeliya ilə keçirilib. «Simurq» klubunun baş məşqçisi Roman Pokora üzürlü səbəbə görə gələ bilmədiyi barədə məlumat verdiyindən, onunla görüşün vaxtı dəyişdirilib. «Neftçi» klubunun baş məşqçisi Yurgen Gede isə heç bir səbəb göstərmədən görüşə gəlməyib.
Qeyd edək ki, Berti Foqts dünən fərdi qaydada «İnter» klubunun baş məşqçisi Valentin Xodukin, «Bakı» klubunun baş məşqçisi Coko Hadziyevski və «Qarabağ» klubunun baş məşqçisi Qurban Qurbanovla görüşüb.
Millinin baş məşqçisi digər komandaların baş məşqçiləri ilə də görüşlər keçirəcək.
"Qarabağ" - "Sabah" oyunundakı qollar - Video
"Zirə" Azərbaycan çempionu oldu
"Zirə" "Turan Tovuz"u belə məğlub etdi - Video
İllərdir futbolumuzda belə anşlaq olmurdu - Video
"Finala çıxdığımızı düşünmürəm" - Rəşad Sadıqov
"Şəfa" büdrədi, "Şahdağ Qusar" qalib gəldi
“Haqqımız Əliyar Ağayevin haramı olsun” - Video
Luçeskunun durumu açıqlandı
Qattuzo istefaya göndərilməsindən danışdı
"Qarabağ" - "Sabah": Heyətlər
"Baku Open" şahmat festivalı keçiriləcək
Messinin DÇ-2026-da iştirakı sual altındadır
Premyer Liqanın ən yaxşı oyunçusu seçildi
Qattuzo istefaya göndərildi
"Turan Tovuz" - "Zirə": Heyətlər
Arteta İngiltərədə ən yaxşı məşqçi seçildi
Luçeskunun ürəyi tutuldu
"Fənərbaxça"nın futbolçusu azadlığa buraxıldı
Harri Keyn sabah oynamayacaq
FİFA finala biletlərin qiymətini kəskin artırdı
Lukas Peresin yeni klubu məlum oldu
Azərbaycan futzal millisinin heyəti açıqlandı
AFFA prezidentindən Qurban Qurbanovla bağlı açıqlama
Cahangir Həsənzadə AFFA-dakı vəzifəsindən ayrılır
Azərbaycanda ən çox azarkeş toplayan komandalar açıqlandı
UEFA Azərbaycan klublarına nə qədər maliyyə vəsaiti ayırıb?
Rövşən Nəcəf Ayxan Abbasovun işinə qiymət verdi
"O stadion təmirə bağlanır" - Cahangir Fərəcullayev
İllik gəlir 61 milyon manat olub - AFFA açıqladı
AFFA-nın Hesabat Konfransı keçirilir
Del Pyero İtaliya millisi haqda - "Bu, rüsvayçılıqdır"
AFFA-da klublar üçün seminar
Ronaldo hazırdır
İtaliya millisinin baş məşqçisi vəzifəsinə 3 əsas namizəd
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video