AFFA-dan Berdıyevə sərt cəza

AFFA-dan Berdıyevə sərt cəza
ÖLKƏ FUTBOLU 16 Aprel 2025 / 13:27 3622
-  A +

Misli Premyer Liqasının 30-cu turunda "Sabah"la oyunda qırmızı vərəqə alan "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyevin cəzası bəlli olub.

QOL.az xəbər verir ki, AFFA İntizam Komitəsinin bugünkü iclasından sonra türkmənistanlı mütəxəssisin 3-ü şərti olmaqla 5 oyunluq diskvalifikasiya edildiyi açıqlanıb.

Qərarda bildirilir ki, 72 yaşlı çalışdırıcı matçın 19-cu dəqiqəsində ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə bu cəzanı alıb. “Turan Tovuz” klubu isə 4000 manat cərimə edilib.

Daha çox


Son xəbərlər
18.04.25  22:46

"Yamal Messi deyil"

18.04.25  11:52

Messi gələcəyi haqda