AFFA İntizam Komitəsi 2-ci liqada mübarizə aparan "Haypers Quba"nın prezidenti Ayaz Abdullayevi, məşqçisi Rəsul Babazadəni, futbolçuları Baxşəli Baxşəliyev və Xaqan Məmmədovu cəzalandırıb.
QOL.az xəbər verir ki, qurumun bugünkü iclasında belə qərar qəbul edilib.
Qərarda qeyd edilib, 2-ci liqanın 19-cu turunun “Ağdaş”la oyunu bitdikdən sonra “Haypers Quba”nın prezidenti Ayaz Abdullayev hakimi təhqir etdiyinə görə 3 oyun şərti olmaqla 5 oyunluq cəzalandırılıb. “Haypers Quba” 400 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.
Həmçinin eyni görüş başa çatdıqdan sonra “Haypers Quba”nın məşqçisi Rəsul Babazadə meydana daxil olaraq hakimi hədələyib. O, bu səbəbdən 2 oyun cəzalandırılıb. Klub isə 100 manat cərimə edilib.
Bundan əlavə, həmin oyunda "Haypers Quba"nın futbolçularından Baxşəli Baxşəliyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq, Xaqan Məmmədov isə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 matçlıq cəzalandırılıb.
Qeyd edək ki, "Haypers Quba" - "Ağdaş" görüşü 3:3 hesabı ilə yekunlaşıb.
Bugünkü oyunu buraxacaq
Lixtenşteyn - Azərbaycan: Heyətlər
Messi Argentinada xüsusi matçda iştirak edəcək
De Zerbi ən yaxşı oldu
Devid Bekhem ABŞ Şöhrət Zalına daxil ediləcək
Ronaldonun şərəfinə bunu edəcəklər
Azərbaycan millisində ciddi itki - Bu gün oynamayacaq
Premyer Liqanın ən yaxşı futbolçusu seçildi
"Mingəçevir"də baş məşqçi ayrılığı
İtaliya ilə oyun Dueyə baha başa gəldi - Şəkil
“Mançester Yunayted”də baş məşqçi təyinatı rəsmiləşdi
Keyn millidə mütləq rekordçu oldu
Daha 24 oyunun vaxtı müəyyənləşdi
Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcək