Sumqayıtda və “Neftçi Arena”da bərabərlik

Sumqayıtda və “Neftçi Arena”da bərabərlik
PREMYER LİQA 29 Mart 2025 / 20:53 13754
-  A +

Misli Premyer Liqasında 28-ci tur davam edir. 

QOL.az xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçirilib. 

Əvvəlcə “Neftçi” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. 

Beləliklə, Naxçıvan klubu 48 xalla üçüncü pillədə qərarlaşıb. “Ağ-qaralar” isə 32 xalla altıncıdır. 

Günün ikinci görüşündə “Sumqayıt” doğma meydanda “Sabah”ı sınağa çəkib. Oyun 3:3 hesablı bərabərliklə bitib. 

Turnir cədvəlində Bakı klubu 36 xalla beşinci, sumqayıtlılar isə 29 xalla yeddinci pillədə qərarlaşıblar. 

Qeyd edək ki, Misli Premyer Liqasında 28-ci tura sabah keçiriləcək 2 görüşlə yekun vurulacaq. 

29 mart (şənbə)

19:00. “Sumqayıt” - “Sabah” - 3:3

Qollar: Umarali Raxmonaliyev, 6 (0:1), Ronaldo Vaskes, 18 (1:1), Bobir Abdixolikov, 46 (2:1) Umarali Raxmonaliyev, 71 (2:2), Tellur Mütəllimov, 77 (2:3), Momo Yansane, 88 (3:3)

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Elçin Məsiyev

VAR: Rauf Cabarov

AVAR: Akif Əmirəli

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

16:45. “Neftçi” - “Araz-Naxçıvan” - 1:1

Qollar: Bassala Sambu, 3 (1:0), İssuf Paro, 6 (1:1)

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev

VAR: Rəşad Əhmədov

AVAR: Teymur Teymurov

“Neftçi Arena”

30 mart (bazar)

16:00. “Kəpəz” - “Səbail”

18:00. “Zirə” - “Şamaxı”

28 mart (cümə)

“Turan Tovuz” - “Qarabağ” - 1:4

Bombardirlər:

Leandro Andrade ("Qarabağ") - 11 qol

Cesse Sekidika ("Sabah") - 10 qol

Felipe Santos ("Araz Naxçıvan") - 9 qol

Davit Volkov ("Zirə") - 9 qol

Coy-Lens Mikels ("Sabah") - 8 qol

Salifu Suma ("Zirə") - 8 qol

Nəriman Axundzadə ("Qarabağ") - 8 qol


Son xəbərlər
31.03.25  13:15

Lukakunun "400"ü

31.03.25  12:37

Son 7 mövsümdə ilk