«Xəzər Lənkəran»ın rəisi polis bölməsinə aparıldı

«Xəzər Lənkəran»ın rəisi polis bölməsinə aparıldı
XƏBƏR 4 May 2011 / 20:18 2362
-  A +

Bu gün «Bakı» və «Xəzər Lənkəran» arasında keçirilən kubok oyunundan sonra hakimlərlə mübahisə edən cənub klubunun rəsmi nümayəndəsinin adı məlum olub.

Qol.Az-ın məlumatına görə, bu, «Xəzər Lənkəran» klubunun rəisi Səməd Mustafayevdir. Qol.Az-ın oyunun keçirildiyi Tofiq Bəhramov adına stadionunda olan müxbirinn verdiyi məlumata görə, oyundan dərhal sonra Mustafayevlə hakimlər arasındakı insidenti yatırtmaq üçün polislər müdaxilə etməli olublar.

Səylərinin nəticəsiz olduğunu görən asayiş keşikçiləri S.Mustafayevi post-patrul xidmətinin maşını ilə polis bölməsinə aparıblar.


Son xəbərlər