“Rumıniya mediasında klubumuzla bağlı yayılan xəbər tamamilə yalandır”.
QOL.az sportinfo.az-a istinadən xəbər verir ki, bu sözləri “Kəpəz”in Media və Marketinq Departamentinin yeni rəisi Gəray Qiyasov deyib.
Gəncə təmsilçisinin funksioneri Mirça Rednikin klubla danışıqların aparılması və razılığın əldə olunması yönündə söylədiklərini şərh edib.
Bildirib ki, Azər Bağırovun istefaya göndərilməsi gündəmdə deyil və rumın baş məşqçinin səsləndirdiyi fikirlər tamamilə həqiqətdən uzaqdır:
“Rəhbərlik Azər müəllimin qarşısına komandanı Premyer Liqada saxlamaq tapşırığı qoyub. O da bu yolda xeyli iş görüb. Klubumuzdan heç kim Redniklə əlaqə saxlamayıb və danışmayıb. Onun dedikləri doğru deyil Azər Bağırovun müqaviləsi var və belə bir vaxtda başqa məşqçi ilə danışıqlar aparmağı etik saymırıq”.
Qeyd edək ki, hazırda Rumıniyada “UTA Arad”ı çalışdıran Mirça Rednik "Kəpəz"lə danışıqlar apardığını iddia edib. “Prosport.ro” portalına danışan mütəxəssis Azərbaycana geri qayıda biləcəyini deyib:
"Maliyyə baxımından azərbaycanlılar məni razı saldılar. Amma biz hələ mövsümün sonunu gözləyirik. Mən UTA-da sanki könüllü işləyirəm".
Rumıniya klubunda maliyyə problemi olduğu üçün uzun müddətdir ki, maaşlar verilmir.
Daha əvvəl “Kəpəz”in rumıniyalı ilə ilkin razılığa gəldiyi və tərəflərin 3 illik müqavilə imzalaya biləcəyi barədə xəbərlər yayılmışdı. 63 yaşlı mütəxəssis əvvəllər "Xəzər Lənkəran"ı da çalışdırıb.
Renat Dadaşovun komandası böyük hesabla məğlub oldu
Derbidə vurulan 6 qol - Video
Cəlal Hüseynovun "Petrolul"u xal itirdi
Haaland Premyer Liqada daha bir rekordu yenilədi
"Qarabağ" - "Neftçi" matçında heç-heçə, "Sabah"dan qələbə
“Qarabağ” və “Neftçi”yə xüsusi hədiyyə təqdim olundu
İsayevin dublu, "Sabah"ın 4 qollu qələbəsi - Video
Nərimanın komandasından növbəti qələbə
“Qalatasaray” son dəqiqə qolu ilə qələbə qazandı
Çelsi” mövsümdə ilk dəfə qapısını toxunulmaz saxladı
“Görüləsi işlərimiz çoxdur” - Yeton Bekiri
“Derbini neytral azarkeş kimi izləyəcəyəm” - Dambrauskas
Qapıçı zədələndi, xərəkdə aparıldı
"Qarabağ" - "Neftçi" matçının heyətləri açıqlandı
Sıx qrafikə görə klubun mətbuat konfransı ləğv edildi
Mourinyo Arda Gülerdən danışdı
Azərbaycan kubokunda 12 oyunun vaxtı açıqlandı
"Zirə" Gəncə Şəhidlər xiyabanını ziyarət etdi - Şəkillər
Azərbaycan klubunda baş məşqçi ayrılığı
"Qəbələ" - "Sabah": Heyətlər
Ronaldo yeni brend yaradır
Mourinyo: "Vinisiusun yerində olsaydım"
DÇ-2027-nin brendi Bakıda nümayiş olunub - Şəkillər
Cerrardın yeni klubu məlum oldu
Mbappe 500-ə çatdı
“Napoli”nin 6 oyununu buraxacaq
Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak oldu
Konte “Mançester Yunayted”i çalışdırmağa hazırdır