Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyə 1-ci Liqasında növbəti oyununa çıxıb.
QOL.az xəbər verir ki, həmyerlimizin çıxış etdiyi "Çorum" 24-cü tur çərçivəsində öz meydanlarında "Yeni Malatyaspor"u qəbul edib.
Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeni klubunda debüt oyununa çıxan Çoşqun görüşə start heyətdə başlayıb. O, bu matçda "Çorum"un iki qolunu vurub və komandasına qələbə qazandırıb.
Qeyd edək ki, "Çorum" turnir cədvəlində 38 xalla 4-cü yerdədir. "Yeni Malatyaspor" isə -21 xalla sonuncu pillədə qərarlaşıb.
11 fevral
"Çorum" - "Yeni Malatyaspor" - 2:0
Qollar: Çoşqun Diniyev, 13, 49
Sözgedən matçdan hazırlanmış videoicmalı təqdim edirik.
"Sabah"ın 80-ci qələbəsi
"İnter"də itki
"Akademiyamızın bir neçə futbolçusu əsas komandanın məşqlərinə qoşulur" - Aftandil Hacıyev
Kadi “Qarabağ”da məşqlərə başladı - Şəkillər
“Zirə” - “Neftçi” oyununda futbol adına əla sonluq
4 matça 8 qol vurdu, ayın oyunçusu seçildi
"Araz-Naxçıvan"la "Kəpəz"in bugünkü oyunundan - Video
"Beşiktaş" daha bir transferi açıqladı