"Olimpiakos" Avropa Liqasının qalibi olmağa iddialıdır" - Qurban Qurbanov

"Olimpiakos" Avropa Liqasının qalibi olmağa iddialıdır" - Qurban Qurbanov
ÖLKƏ FUTBOLU 29 Yanvar 2025 / 23:15 2059
-  A +

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının Liqa mərhələsinin 8-ci turu çərçivəsində keçiriləcək "Olimpiakos"la (Yunanıstan) oyundan danışıb. 

QOL.az xəbər verir ki, o, görüşdən öncə təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb: 

- Son oyunumuzdur. Çox ciddi bir rəqibə qarşı oynayacağıq. Şübhə etmirəm ki, "Olimpiakos" Avropa Liqasının qalibi olmağa iddialıdır. Çünki ötən mövsüm Konfrans Liqasının qalibi olublar. Bu il də istəkləri, hədəfləri, arzuları çox böyükdür. Sürət, dinamika görə biləcəyimiz komandaya qarşı oynayırıq. Çalışacağıq ki, ən azından sona kimi mübarizə aparaq və çox yaxşı oyun göstərib yaxşı nəticə əldə edək.

- 16 ildir ki, "Qarabağ"da çalışırsınız. Bu müddət ərzində belə bir komanda yaratmaq üçün bu gücü haradan alırsınız?

- Əlbəttə ki, asan deyil. Çünki futbol kollektiv oyundur. Daima işin gedişatında dəyişikliklər olmalıdır. Yeni simalar görürsən, yeni futbolçular seçirsən. Və bunları illər boyu komandaya dəvət etdikdə uğurun sınmayacağını gözləyirsən. Bu, heç də asan deyil. Amma mənim bəxtim onda gətirib ki, çox yaxşı əllərdə oldum. Bizim yaxşı rəhbərimiz, idarəçilərimiz var. Belə bir komanda formalaşdırmaqda həmişə mənim yanımda olublar. Uğurlu nəticə əldə etmək üçün maksimum çalışdılar ki, öz bacarıqlarını, güclərini bizə versinlər. Mütləq şəkildə daha işgüzar olmalı, işimizə daha çox vaxt ayırmalıyıq. Amma belə hallar olur ki, bir məşqçi uzun illər bir komandanı çalışdırır. Çalışmışıq ki, qoruyub saxlayaq. Sonda da əgər əziyyət çəkirsənsə, Allah mütləq o əziyyətin qarşılığını verir.

Daha çox


Son xəbərlər