2034-cü ildə Səudiyyə Ərəbistanında keçiriləcəyi gözlənilən futbol üzrə dünya çempionatı hava şəraitinə görə yayda deyil, qışda təşkil oluna bilər.
QOL.az xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.
Qeyd olunur ki, Səudiyyə Ərəbistanında yay aylarında yüksək temperatur oyunların keçirilməsinə mane ola bilər. Səudiyyə Ərəbistanında turnirin keçirilməsi üçün ən əlverişli ay yanvar ayı hesab olunur.
Yayda keçirilməyən ilk dünya çempionatı Qətərin ev sahibliyi etdiyi DÇ-2022 olub. Mundial noyabr və dekabr aylarını əhatə edib. Beynəlxalq Futbol Federasiyasının (FİFA) tövsiyələrinə görə, bu aylarda Səudiyyə Ərəbistanında dünya çempionatının keçirilməsi mümkün olmayacaq. Çünki ölkədə dini tədbirlər zamanı turnirlərin keçirilməsi qadağandır.
2034-cü ildə Ramazan ayının 11 noyabrdan dekabrın 10-dək davam edəcəyi gözlənilir. Buna görə də DÇ-2034 yanvar ayında təşkil edilə bilər.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı 2034-cü il dünya çempionatına ev sahibliyi etmək üçün müraciət edən yeganə ölkədir. Avstraliya da iştirak hüququnu irəli sürüb, lakin sonradan namizədlikdən imtina edib. 2026-cı ildən dünya çempionatlarında 48 komanda iştirak edəcək.
Renat Dadaşovun komandası böyük hesabla məğlub oldu
Derbidə vurulan 6 qol - Video
Cəlal Hüseynovun "Petrolul"u xal itirdi
Haaland Premyer Liqada daha bir rekordu yenilədi
"Qarabağ" - "Neftçi" matçında heç-heçə, "Sabah"dan qələbə
“Qarabağ” və “Neftçi”yə xüsusi hədiyyə təqdim olundu
İsayevin dublu, "Sabah"ın 4 qollu qələbəsi - Video
Nərimanın komandasından növbəti qələbə
“Qalatasaray” son dəqiqə qolu ilə qələbə qazandı
Çelsi” mövsümdə ilk dəfə qapısını toxunulmaz saxladı
“Görüləsi işlərimiz çoxdur” - Yeton Bekiri
“Derbini neytral azarkeş kimi izləyəcəyəm” - Dambrauskas
Qapıçı zədələndi, xərəkdə aparıldı
"Qarabağ" - "Neftçi" matçının heyətləri açıqlandı
Sıx qrafikə görə klubun mətbuat konfransı ləğv edildi
Mourinyo Arda Gülerdən danışdı
Azərbaycan kubokunda 12 oyunun vaxtı açıqlandı
"Zirə" Gəncə Şəhidlər xiyabanını ziyarət etdi - Şəkillər
Azərbaycan klubunda baş məşqçi ayrılığı
"Qəbələ" - "Sabah": Heyətlər
Ronaldo yeni brend yaradır
Mourinyo: "Vinisiusun yerində olsaydım"
DÇ-2027-nin brendi Bakıda nümayiş olunub - Şəkillər
Cerrardın yeni klubu məlum oldu
Mbappe 500-ə çatdı
“Napoli”nin 6 oyununu buraxacaq
Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak oldu
Konte “Mançester Yunayted”i çalışdırmağa hazırdır