Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunlarına start verilib.
QOL.az xəbər verir ki, ilk gün 3 matç keçirilib.
İlk iki cütdə Premyer Liqa təmsilçiləri 1-ci Liqanın kollektivləri ilə üz-üzə gəlib.
“Səbail” “Qaradağ Lökbatan”ı qəbul edib. Paytaxt təmsilçisi 2:0 hesabı ilə qalib gələrək 1/4 finala adlayıb. Bu mərhələdə "dənizçilər"in rəqibi "Qəbələ" - "Qarabağ" cütünün qalibi olacaq.
"Araz-Naxçıvan” isə “Mingəçevir”i sınağa çəkib. Görüş Naxçıvan komandasını 3:1 hesablı qələbəsi ilə bitib. 1/4 finalda onlar “Zirə” - “Şamaxı” cütünün qalibi ilə qarşılaşacaqlar.
Günün son oyununda isə mərhələnin ən çox maraqla gözlənilən qarşılaşması - “Turan Tovuz” - “Sabah” matçı keçirilib. Əlavə vaxt da daxil olmaqla 2:2 hesabı ilə yekunlaşan görüşün penaltilər seriyasında 3:1 hesabı ilə qalib gələn "Sabah" 1/4 finala yüksəlib. Bu mərhələdə onların rəqibi “Sumqayıt” - MOİK cütünün qalibi olacaq.
Qeyd edək ki, 1/8 finalın digər 5 görüşü sabah keçiriləcək.
Xatırladaq ki, 1/8 final mərhələsi 1 oyundan ibarətdir.
Azərbaycan Kuboku
1/8 final
3 dekabr
18:00. “Turan Tovuz” - “Sabah” - 2:2 (Penaltilər seriyasında 1:3)
Qol: Aleks Souza, 28 (1:0), Con İrazabal, 45+8 (1:1), Otto Con, 113 (2:1), Neqoş Kupusoviç, 117 (2:2)
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Nicat İsmayıllı
VAR: Rəşad Əhmədov
AVAR: Cəmil Quliyev
Tovuz şəhər stadionu
16:00. “Araz-Naxçıvan” - “Mingəçevir” - 3:1
Qollar: Ülvi İsgəndərov, 5 (1:0), Bernardo Dias, 21 (2:0), Sezar Meza Kolli (3:0), 66, Elmin Bayramov, 80 (3:1)
Hakimlər: Əkbər Əhmədov, Müslüm Əliyev, Şirmamed Mamedov, Səbuhi Bayramov
“Liv Bona Dea Arena”
15:00. “Qaradağ Lökbatan” - “Səbail” - 0:2
Qol: Emin Rüstəmov, 53, Nihad Quliyev, 62
Hakimlər: Əli Əliyev, Eyyub İbrahimov, Tərlan Talıbzadə, Vüqar Həsənli
VAR: Tural Qurbanov
AVAR: Pərvin Talıbov
"ASCO Arena"
4 dekabr
16:00. “Qəbələ” - “Qarabağ”
16:00. “Kəpəz” - “İmişli”
18:00. “Neftçi” - “Difai”
19:00. “Zirə” - “Şamaxı”
19:00. “Sumqayıt” - MOİK
1/4 finalda qarşılaşacaqlar
“Araz-Naxçıvan” / “Zirə” - “Şamaxı” cütünün qalibi
“Səbail” / “Qəbələ” - “Qarabağ” cütünün qalibi
“Kəpəz” - “İmişli” cütünün qalibi / "Neftçi” - “Difai” cütünün qalibi
“Sabah” / “Sumqayıt” - MOİK cütünün qalibi
"Qarabağ"da zədələr
"Qələbəyə yaxın tərəf biz idik" - Rəşad Sadıqov
"Zirə" çox təhlükəli rəqibdir" - "Hayduk"un baş məşqçisi
Konatenin zədəsi ciddidir
"Şelburn" - "Qarabağ": Heyətlər
"Zirə" "Hayduk"la heç-heçə etdi
"Barselona" Reşfordun transferini açıqladı
"Sumqayıt" "İmişli" ilə qarşılaşdı
"Daha artığını etməyə gücümüz var" - Elmar Baxşıyev
"Bizi "Aris"lə ağır oyun gözləyir" - Ürfan Abbasov
"Zirə" "Hayduk"la matçda ciddi itki ilə üzləşdi
"Sumqayıt" yeni transferini rəsmən açıqladı
"Zirə" - "Hayduk" matçı üçün - Heyətlər
"Sabahkı oyunda savaşmalıyıq" - "Aris"in futbolçusu
İspaniya millisinin üzvü "Atletiko"da
"Qarabağ"da ciddi itki - Bugünkü oyunu buraxacaq
Vüqar Nadirovla yeni müqavilə imzalandı
"Roma"nın yeni formaları - Şəkillər
Çalhanoğlu qərarını açıqladı
Şvaynştayqer boşandı
Ferqyuson "Roma"da
Del Pyeronun oğlu D Seriyası klubunda
Azərbaycanı Avropa çempionatında təmsil edəcək şahmatçılar
Rəhman Hacıyev bu kluba keçir
“Zirə” - “Hayduk” matçına nə qədər bilet satılıb?
"Kəpəz" daha bir rəqibini açıqladı
"Qarabağ"ın potensial rəqiblərinin oyunundan - Video
İtaliya klubunun əfsanəsi evdə ölü tapıldı
"Sumqayıt"da ayrılıq
"Sabah" Kişinyovdadır - Şəkillər
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Konfrans Liqasında 2-ci təsnifat mərhələsi başladı
Çempionlar Liqasında gecənin nəticələri
"Qarabağ"ın İrlandiyadakı məşqindən - Şəkillər
"Neftçi" növbəti transferini reallaşdırdı - Rəsmi
"Barselona" Reşfordu nə vaxt təqdim edəcək?
Gyökereş "Arsenal"la anlaşdı
Messi diskvalifikasiya oluna bilər
"Kəpəz" yeni transferini rəsmən açıqladı