Meksika millisində keçirdiyi oyunların sayına görə rekordçu olan Andres Quardado peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
QOL.az xəbər verir ki, o, bu barədə öz sosial şəbəkə hesablarında məlumat yayıb. Meksikanın "Leon" klubunda çıxış edən Quardado 38 yaşında futbolla vidalaşdığını bildirib: "Bu mövsümün sonunda futboldan ayrılmaq və 19 ildən sonra peşəkar karyeramı başa vurmaq qərarımı ictimaiyyətə açıqlamaq istərdim. Karyeramı burada başa vurmağıma imkanı verən, "Leon"un prezidenti Xesus Martinezə təşəkkür etmək istəyirəm. Mən Meksikaya bağlı olmaqdan qürur duyuram".
Qeyd edək ki, Andres Quadrado Meksika millisində 182 oyun keçirib və 28 qol vurub. Milli komandanın tərkibində 38 yaşlı futbolçu 3 dəfə KONKAKAF kubokunun qalibi olub.
Klub səviyyəsində Quadrado iki dəfə PSV-nin tərkibində Niderland çempionu olub və “Betis”lə İspaniya kubokunu qazanıb.
Debütant “Şəfa”dan yeni mövsümdə ilk qol, ilk qələbə - Video
Rüfət oynadı, komandası uduzdu
“Zirə” və "Şəfa"dan qələbə
Azarkeşin halı pisləşdi, matç dayandırıldı
Debütant “Şəfa”dan yeni mövsümdə ilk qol, ilk qələbə - Video
“Bu heyətlə məqsədimizə çata bilərik” - Zaur Həşimov
"Tottenhem"in tarixinə düşdü
“Fənərbaxça”dan Taliska açıqlaması
“Zirə” - “İmişli” matçının heyətləri açıqlandı
“Belə meydanda istədiyimiz futbolu oynamaq çətindir”
“Ronaldo əsas heyətdə oynamamalıdır”
“Liverpul” “Real”ın hücumçusuna göz dikdi
Ayxan Abbasov Türkiyədə oyunu tribunadan izlədi - Şəkil
Acun Ilıcalının klubu “Mançester Yunayted”ə qalib gəldi
“Qəbələ” - “Şəfa”: Heyətlər
Kapitan olsa da, sarğı taxa bilməyəcək
"Arsenal"a qələbə üçün gəlmişəm"
Zlatan İbrahimoviç: “İndiki Zlatan başqadır”