"Bakı" Lənkərandan qələbə ilə dönür

ÖLKƏ FUTBOLU 25 Fevral 2009 / 19:56 5592
-  A +

Qol.Az saytı bu gün saat 14.00-dan etibarən Azərbaycan kuboku uğrunda 1/4 final mərhələsinin ilk oyunlarından online-reportaj yayımlayıb.

"XƏZƏR-LƏNKƏRAN" - "BAKI"  - 0:1
Lənkəran şəhər stadionu
Hakimlər: Babək Quliyev, Ramiz Əsədov, Azər Məmmədov, Əfqan Həmzəyev 
Qol: Əhməd Ticani (47)

Oyun başa çatdı.
89.
"Xəzər-Lənkəran"ın müdafiəçisi Konstandin Cambazov sarı vərəqə ilə cəzalandı.
86. "Xəzər-Lənkəran" bütün komanda ilə irəli atılıb. Lakin cənubluların heyətində hücumda son nöqtəni qoya biləcək oyunçu yoxdur. 
81. "Bakı"nın heyətində sonuncu oyunçu dəyişikliyi baş verdi. Georgi Adamiyanın yerinə meydana Ramazan Abbasov daxil oldu.
80. Oyunun sonu yaxınlaşdıqca, meydanda kobudluqların sayı artır. "Bakı"dan Aleksandr Tomaş, "Xəzər-Lənkəran"dan isə Dieqo Qusmao sarı vərəqə ilə cəzalanırlar.
77. İqor Ponomaryov indi də Mario Souzanı "döyüş"ə atdı. O, Rahid Əmirquliyevi əvəzlədi. 
70.
Svetkovun yaxın məsafədən başla qapıya göndərdiyi top çərçivəyə düşmədi 
68. "Bakı"dan Ernad Skuliç, "Xəzər-Lənkəran"dan isə Juninyo Osvaldo sarı vərəqə ilə cəzalandırıllar.  
62.
"Bakı"nın heyətində daha bir dəyişiklik. Georgi Demetradzenin əvəzinə meydana Bəxtiyar Soltanov çıxdı

60. "Xəzər-Lənkəran"da Ramulonun əvəzinə meydana Ahmet Dursun daxil oldu.
59. Juninyonun təhlükəli zərbəsini "Bakı"nın qapıçısı çətinliklə dəf etdi.
53. "Xəzər-Lənkəran"lı Ramulo əllə oyuna görə sarı vərəqə alır.
51. Emin Quliyev hesabı bəraləşdirməyə yaxın idi. Lakin kapitanın yaxın məsafədən zərbəsi qeyri-dəqiq alındı.
47. QOLLLL. Əhməd Ticani "Bakı"nı hesabda irəli çıxardı
46. Oyunda ilk dəyişiklik baş verdi. "Bakı"nın baş məşqçisi Coko Haciyevski Draqan Naçevskinin əvəzinə Mahmud Qurbanovu meydana buraxdı. 
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.

45. Birinci hissənin son təhlükəli epizdunu qonaqlar yaratdılar. Adamiyanın fərqlənməsinə son anda Emin Quliyev mane oldu.
43. "Xəzər-Lənkəran" oyunda ən real qol şansını boşa verdi. Yenə də Ramulo lənkəranlı fanatları təəssüfləndirdi. 
42. "Bakı" hissənin sonlarında özünə gəlib. Ardıcıl ikinci epizodda Ticani qola yaxın olsa da, Kramarenko ona sevinmək imkanı vermir.
38.
"Bakı" nəhayət ki, ilk ciddi hücumunu qura bildi. Əhməd Ticaninin fərqlənməsinə son anda müdafiəçilər mane oldular.  
36.
Juninyonun 25 metrlik cərimə zərbəsindən vurduğu topu "Bakı"nın qapıçısı son anda qaytara bildi.
31. Ramulonun baş zərbəsi qapının yanından keçdi. Oyunun üçdə biri geridə qalsa da, "Bakı" hələ də rəqib qapısı qapşısında təhlükəli epizod yarada bilməyib. Haciyevskinin yetirmələri tamamilə müdafiə olunurlar.   
27. "Xəzər-Lənkəran" daha bir qol şansını boşa verdi. Rahid Əmirquliyevin təhlükəli zərbəsini Marko Şarliya son anda qaytara bildi. Oyun tamamilə "Xəzər-Lənkəran"ın hücumları şəraitində keçir. "Bakı" isə yalnız müdafiə olunur.
18. "Bakı"nın daha bir futbolçusu sarı vərəqəylə cəzalandırılır. Qapıçı Marko Şarliya hakimlə mübahisə etdiyindən cəzaya məruz qalır.
17. "Xəzər-Lənkəran"ın ardıcıl hücumları qarşısında aciz qalan "Bakı"nın futbolçuları kobudluqla rəqibin qarşısını alırlar. Rahid Əmirquliyevə qarşı kobud oyuna görə, Elvin Əliyev sarı vərəqə ilə cəzalandırılır.
15. "Xəzər-Lənkəran"ın daha bir qol şansı boşa çıxdı. Juninyonun uzaqdan qapıya vurduğu qüvvətli zərbəni "Bakı"nın qapıçısı son anda zərərsizləşdirə bildi. 
13. Svetkov daha bir şansı qaçırdı. Bu dəfə qapıçı onun yaxın məsafədən zərbəsini dəf etdi.    
7. Svetkov təxminən 20 metr topla irəlilədikdən sonra qapıya qüvvətli zərbə endirdi. Top qapının üstündən keçdi.  
5. Oyuna meydan sahibləri çox fəal başlayıblar. Ramulonun fərqlənməsinə müdafiəçilər mane oldular.

Oyun başladı
***
Oyunun başlanmasına 5 dəqiqə qalmış tribunalarda təxminən 10 minədək azarkeş var.
**
XL-dən Ahmet Dursun ve Mario Souza da ehtiyat oyunçular skamyasındadır.
***
"Bakı"dan Mahmud Qurbanov ve qapıçı Sissoko əsas heyətə salınmayıb. Qonaqların qapısını bu oyunda Marko Şarliya qoruyacaq. XL-dən Emin Quliyev əsas heyətdə yer alıb.


"İNTER" - "SİMURQ" 2:0
"Şəfa" stadionu.
Hakimlər: Anar Niyazov, Mehman Mahmudov, İlham Əliyev, Ceyhun Haşımov
Qollar: Petar Zlatinov (30), Xaqani Məmmədov (86)

Oyun başa çatdı.
89. "Simurq" hesab arasındakı fərqi minimuma endirə bilərdi. Lakin Arif İsayevin zərbəsində azacıq dəqiqlik çatmadı.
86. QOL.1 dəqiqə əvvəl meydana çıxan Xaqani ikinci topu "Simurq"un qapısından keçirdi.
85. Zlatinovu Xaqani Məmmədov əvəzlədi.
80. Ramil Satadovun ("Simurq") zərbəsi qapının üstündən keçdi. 
77. Testimitsianunun yaxın məsafədən endirdiyi güclü zərbəni "Simurq"un qapıçısı tuta bildi 
74. "İnter"in oyunçusu Petar Zlatinovun uzaqdan zərbəsi qapının üstündən keçir.
72. "Simurq"un baş məşqçisi Roman Pokora sonuncu oyunçu dəyişikliyindən də istifadə edir. Ukraynalı mütəxəssis Aleksandr Malıginin əvəzinə Rüstəm Məmmədovu meydana buraxır.
71. "Simurq"un müdafiəçisi Aleksandr Malıgin kobud oyuna görə sarı vərəqə ilə cəzalandırılır.
65. Qonaqlar hesabı bərabərləşdirməyə yaxın idi. Lakin Ramil Sayadov real şansı əldən verir. Onun zərbəsi müdafiəçiyə dəyir.
60. "Simurq"un heyətində daha bir dəyişiklik. Samir Abdulovu Arif İsayev əvəzləyir. 
56. Oyun sakit məcrada davam edir. Mübarizə əsasən meydanın mərkəzində gedir.
Milli komandamızın baş məşqçisi Berti Foqts "Qarabağ" - "Neftçi" oyununun ardından, "İnter" - "Simurq" matçını da stadiondan canlı izləyir. 
46. Hər iki komanda ikinci hissəyə dəyişikliklə başlayır. "İnter"in heyətində Cavid Hüseynovu Vladimir Kalisniçenko,  "Simurq"da isə Tural Cəlilovu Ramil Sayadov əvəzlədi. 
İkinci hissə başladı.
Birinci hissə başa çatdı
41. "İnter" hesab arasındakı fərqi artırmaq üçün gözəl imkan qazanmışdı. Lakin Cavid Hüseynov ötürmə vermək əvəzinə özü topla irəliləmək qərarına gəlir və nəticədə topu itirir. .
36. Mazyar hesabı bərabərləşdirmək şansını əldən verdi.
30. QOL. Zlatinov aşırma zərbə ilə "İnter"i hesabda irəli çıxardı.
28. "Simurq" hesabı açmağa çox yaxın idi. Lakin Tural Cəlilovun zərbəsi dirəyə dəydi.
25. Oyun çox sönük və maraqsız keçir. "İnter"in ərazi üstünlüyü var.
14. Zlatinovun cərimə zərbəsindən ötürməsini Assioli başla qapıya göndərsə də, "Simurq"un qapıçısı Nikitin komandasını real qoldan xilas edir.
10. Oyun qarşılıqlı hücumlar şəratitində keçir. Qapılar qarşısında real qol epizodu yaranmayıb.
Oyun başladı




"QARABAĞ" - "NEFTÇİ" 1:0
T.İsmayılov adına Suraxanı qəsəbə stadionu.
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Əliyar Ağayev, İmanxan Sultani
Qol: Zaur Ramazanov (3)

Oyun başa çatdı

90. "Qarabağ"ın heyətində daha bir dəyişiklik. Zaur Ramazanovu Nidal Fərhadoviç əvəzlədi. 
88. "Qarabağ"da Rəşad Sadiqovu Artim Şakiri əvəzləyir.
83. Oyun "Neftçi"nin üstünlüyü şəraitində davam edir. Lakin "Qarabağ"ın qapısı qarşısında real qol epizodu yoxdur.
77. Zaur Rmazanov ("Qarabağ") sarı vərəqə ilə cəzalandı.
75  Aftandil Hacıyev ("Qarabağ") sarı vərəqə ilə cəzalanır.
71. Vaqif Cavadov daha bir təkbətəkdən yararlana bilmir.
69. "Neftçi"də dəyişiklik. Joza Karlosu Eşqin Quliyev əvəzləyir.
67. Rəşad Sadiqovun zərbəsi təhlükəli alındı.
65. Cərimə zərbəsindən ötürülən topu Kendrik ("Neftçi") başla qapıya göndrəsə də, top qapının üstündən keçdi.
63. Elnur Allahverdiyev ("Qarabağ") sarı vərəqə aldı.
60. Nyaqanın ("Neftçi") təhlükəli zərbəsi qapının üstündən keçir.
53. Vaqif Cavadov 100 faizli qol şansını qaçırır. Gənc hücumçu qapıçı ilə təkbətək çıxsa da, onu keçə bilmir.
50. "Neftçi"dən Valentim Atem simulyasiyaya görə sarı vərəqə ilə cəzalandırılır.
48. "Qarabağ"ın hücumçusu Rauf Əliyevin zərbəsi qeyri-dəqiq alınır.
Oyunun gedişini izləyənlər arasında milli komandamızın hazırkı baş məşçisi Bertqi Foqts, eləcə də millimizin keçmiş çalışdırıcısı Ağasəlim Mircavadov da var.
İkinci hissə başladı
Birinci hissə başa çatdı.
41. Hissənin sonu qarşılıqlı hücumlar şəraitində keçir.
35. "Neftçi"nin müdafiəçisi Rail Məlikov bilərəkdən topa əliylə toxunduğuna görə sarı vərəqə ilə cəzalanır. 
30. Hazırda oyuna nəzarət edən tərəf "Neftçi"dir. "Qarabağ" müdafiəyə çəkilərək, uğuru əks hücumda axtarır.  
23. "Neftçi" daha bir real şansı əldən verdi. "Qarabağ"ın müdafiəçiləri süni oyundankənar vəziyyət yaratmaq istəyərkən səhvə yol verirlər. Lakin Atem Nyaqa Fərhad Vəliyevlə təkbətəkdən yararlana bilmir.
18. "Qarabağ"ın hücumçusu Zaur Ramazanov hesab arasındakı fərqi daha da artıra bilərdi. Lakin Zaur əlverişli şansdan yararlana bilmir.
11. "Neftçi" hesabı bərabərləşdirməyə çox yaxın idi. Lakin Atem qapıçı ilə təkbətəkdən yararlana bilmədi.
9. "Neftçi"nin müdafiəçisi Suat Usta sarı vərəqə ilə cəzalandırıldı.
3. QOLLL. Zaur Ramazanov "Qarabağ"ı hesabda önə keçirdi. Hücumçu künc zərbəsindən ötürülən topu ayağıyla qapıya göndərdi.
Oyun başladı


"QƏBƏLƏ" - "OLİMPİK" 1:1
Qəbələ şəhər stadionu
Hakimlər: Anar Salmanov, Azər Əsgərov, Orxan Məmmədov, Zöhrab Əliyev
Qollar: Bəşir Müqədi (40), Kənan Kərimov (70) 

Oyun başa çatdı
90. Hakim ikinci hissəyə 2 dəqiqə əlavə edir.
84. "Qəbələ" hücumlarını davam etdirir.  
78. Qoldan sonra ruhlanan "Qəbələ" hücumlarını daha da gücləndirib. "Olimpik" isə arxaya çəkilərək, yalnız müdafiə olunur.  
70. QOL. Kənan Kərimov hesabı bərabərləşdirdi.
63. Fərzad Hatəminin uzaq küncə göndərdiyi topu "Olimpik"in qapıçısı Rauf Mehdiyev son anda çıxara bildi. 
59. Abdulkadir Kamaranın uzaqdan zərbəsi təhlükəli alınsa da, top çərçivəyə düşmədi.
53. Meydan sahibləri ikinci hissəyə fəal başlayıblar. Lakin "Olimpik"in müdafiəsini yarmaq hələ ki, mümkün deyil.
46. Hər iki komanda ikinci hissəyə əvəzetmə ilə başlayır. "Olimpik"in heyətində Roman Axalkatsini Junivan Suares əvəzləyir. "Qəbələ"də isə Tomas Stolpanı Fərzad Hatəmi, Anatoli Tebloyevi isə Vurğun Hüseynov əvəzləyir.   
İkinci hissə başladı
Birinci hissə başa çatdı
40. QOL. Bəşir Müqədi penaltini dəqiq yerinə yetirməklə "Olimpik"i önə keçirdi.
39. Komandalar bir qədər fəallaşıblar. Lakin tərəflərin cəhdlərinə baxmayaraq, hesabı açmaq hələ mümkün olmayıb. 
31. "Qəbələ" hesabı açmağa yaxın idi. Lakin Ostepin cərimə zərbəsindən vurduğu topu "Olimpik"in qapıçısı son anda çıxara bildi.
20. Mübarizə əsasən meydanın mərkəzində gedir. Qapılar qarşısında real qol epizodu yoxdur.
5. İlk dəqiqələr meydan sahiblərinin hücumları şəraitində keçir.
Oyun başladı



Daha çox


Son xəbərlər