Türkiyəli məşqçi Sergen Yalçın "Fənərbaxça"nın çalışdırıcısı Joze Mourinyonun Türkiyəyə gəlməyinə peşman olması ilə bağlı verdiyi açıqlamaya münasibət bidlirib.
QOL.az xəbər verir ki, Mourinyo Superliqanın 10-cu turunda səfərdə “Trabzonspor”a qalib gəldikləri matçdan (3:2) sonra keçirilən mətbuat konfransında Türkiyənin futbol sistemini sərt tənqid edib. O, "Fənərbaxça"ya qarşı hakim qərəzi olduğunu bildirib:
"Ancaq biz sistemə qarşı oynayırıq. Bunları söyləyərkən bütün “Fənərbaxça” azarkeşləri adından danışıram. Ona görə də coşqulu bir bayram etdik. Mənə bura gəlməzdən əvvəl hekayənin yarısını danışmışdılar. Hamısını danışsaydılar, Türkiyəyə gəlməzdim”

Sergen Yalçın isə "Ekol TV"dəki çıxışı zamanı Mourinyonun bu sözlərinə cavab olaraq bildirib: “Cənab, daha yaxşı variantınız olsaydı, onsuz da bura gəlməzdiniz. Məsələn, "Milan" filan istəsəydi, soruşaram ki, ora getməz, bura gələrdiniz? “Bilsəm, bura gəlməzdim” cümləsi məni narahat edir. Bu, “Fənərbaxça” azarkeşlərini də narahat edib. Gəldiyin yer dünyanın ən gözəl şəhərlərindən biridir, İstanbula gəlmisən.

Bundan əlavə, milyonlarla avro qazanırsınız. İstanbulun ən gözəl otelində qalırsınız... Düz deyirəmmi, bilmirəm, Türkiyənin ən böyük klublarından birinə, milyonlarla azarkeşi olan komandaya gəlmisən. Yəqin ki, bura gəlməyi zəhmət olub, gəlib. O zaman "hoca"ya “üzr istəyirəm” deyək”.
"Yuventus"un böyük planı
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar