"Neftçi" ilk qələbəsini "Səbail" üzərində qazandı

"Neftçi" ilk qələbəsini "Səbail" üzərində qazandı
PREMYER LİQA 19 Oktyabr 2024 / 19:52 8378
-  A +

Misli Premyer Liqasında 10-cu turun oyunları davam edir.

QOL.az xəbər verir ki, bu gün turun daha 2 matçı keçirilib. 

Həmçinin oxuyun: “Araz-Naxçıvan” "Şamaxı”ya qalib gəldi

Günün ikinci oyununda “Neftçi” öz meydanında “Səbail”i qəbul edib. Matç "ağ-qaralar"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb. 

Beləliklə, "Neftçi" turnir cədvəlində 8 xalla 7-ci, "Səbail" isə 7 xalla 8-ci yerdədir.

Günün digər oyununda isə "Araz-Naxçıvan" səfərdə "Şamaxı"ya qəlib gəlmişdi.

Qeyd edək ki, bu, "Neftçi"nin hazırkı mövsümdə ilk qələbəsi və Samir Abasovun baş məşqçi postuna qayıdışından sonra ilk matçıdır.

Misli Premyer Liqası

10-cu tur

19 oktyabr (şənbə)

18:00. “Neftçi” - “Səbail” - 3:1

Qol: Ramil Şeydayev, 45+3 (1:0), Dembo Darbo, 58 (2:0), 67 (3:0), Samir Abdullayev, 90+4 (3:1)
Qırmızı vərəqə: Edvin Kuç, 81
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Rəhman İmami, Tural Qurbanov
VAR: Əliyar Ağayev
“Neftçi Arena”

15:30. “Şamaxı” - “Araz-Naxçıvan” - 0:1

Qol: Felipe Santos, 72
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Teymur Teymurov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı 
Şamaxı şəhər stadionu

20 oktyabr (bazar)

17:30. “Zirə” - “Sabah”

20:00. “Sumqayıt”- “Turan Tovuz”

18 oktyabr (cümə)

“Kəpəz” - “Qarabağ” - 0:5 

N Klublar O Q H M T-F X
1 Qarabağ 9 8 0 1 25-6 24
2 Araz-Naxçıvan 9 6 2 1 12-9 20
3 Turan Tovuz  9 5 3 1 12-6 18
4 Zirə  8 5 0 3 14-6 15
5 Sabah 9 4 3 2 19-15 15
6 Şamaxı 9 3 3 3 8-8 12
7 Neftçi 10 1 5 4 9-16 8
8 Səbail 10 2 1 7 15-20 7
9 Sumqayıt 9 2 1 6 6-11 7
10 Kəpəz 10 1 0 9 6-29 3

Bombardirlər:
Coy Lens Mikels ("Sabah") - 5 qol
Cesse Sekidika ("Sabah") - 5 qol
Davit Volkov ("Zirə") - 4 qol
Rafael Utziq ("Zirə") - 4 qol
Leandro Andrade ("Qarabağ") - 4 qol
Pavol Şafranko ("Sabah") - 3 qol
 


Son xəbərlər