Diniyev bu sualı istefaya çağırış kimi qəbul etdi - “Uşaq deyiləm”

Diniyev bu sualı istefaya çağırış kimi qəbul etdi - “Uşaq deyiləm”
XƏBƏR 28 Sentyabr 2024 / 10:26 1315
-  A +

“Səbail”in baş məşqçisi Şahin Diniyevin keçirdiyi mətbuat son mətbuat konfransında maraqlı an yaşanıb.

QOL.az xəbər verir ki, komandasının dünən “Araz Naxçıvan”a qarşı Misli Premyer Liqanın 8-ci turunun oyunundan (2:3) təşkil olunan mətbuat konfransında Ş.Diniyevə belə bir sual ünvanlanıb:

Həmçinin oxuyun: Şahin Diniyev: "Bir nöqtədən o qədər qol buraxmaq olmaz”

“Gələcəyə baxanda nə görürsüznüz? Düşünürsünüz ki, bu, doğru yoldur?”

Şahin Diniyev bu suala istefa çağırışı kimi qəbul və bu cavabı verib:

“Siz məndən bir cavab istəyirsiniz, o cavabı almayacaqsınız. Bunu əvvəldən deyirəm. Birbaşa soruşmursunuz ki, getmək, istefa vermək fikriniz var? Bunu mədəni dildə çatdırmaq istəyirsən. Gələcəyə pis baxmıram. Komanda bu gün futbol oynayırsa, deməli, nəsə ümid var. Ümid sonda ölür. Nəticə də yoxdur, oyun da olmasaydı, siz deyənlə razılaşardım. Bu gün oyun var, nəticə yoxdur. Çox arqumentlər qoya bilərsiniz. Haqlısınız. Ancaq düşünürəm ki, 7-8 tur keçib. Hər şeyin sonu deyil. Belə oyunla bu qədər xal, tutduğumuz yer tərs mütənasibdir. Səbəb axtarmıram. İndi nə desəm, nöqtəyə gedib çatmır. Bunu anlayıram, uşaq deyiləm. Fakt göz qabağındadır”.

Qeyd edək ki, “Səbail” 8 oyundan 4 xalla 8-ci yeri tutur.


Son xəbərlər
27.09.24  15:09

UEFA-dan cəza