Həmyerlimizin komandası öz meydanında uduzdu

Həmyerlimizin komandası öz meydanında uduzdu
DÜNYA FUTBOLU 28 Sentyabr 2024 / 01:09 242
-  A +

Albaniya Superliqasında 7-ci turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, azərbaycanlı futbolçu Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” bu tur öz meydanında “Partizani”ni qəbul edib.

Görüş meydan sahiblərinin məğlubiyyəti ilə yekunlaşıb - 0:2. 

Start heyətdə meydana çıxan Əliyev sona qədər oynayıb. O, matçın 56-cı dəqiqəsində sari vərəqə ilə cəzalanıb. 

Hazırda "Eqnatiya" 11 xalla üçüncüdür. Xallarının sayını 12-ə çatdıran “Partizani” ikinci, “Vllaznia” isə bir oyun az keçirməklə 13 xalla liderdir. 


Son xəbərlər
27.09.24  23:18

U-17 millimiz uduzdu

27.09.24  15:09

UEFA-dan cəza