Sabah futbol üzrə ölkə kubokunun ¼ final mərhələsinin ilk oyunu çərçivəsində “Bakı” “Xəzər-Lənkəran”ın qonağı olacaq. Oyun ərəfəsində «Bakı»nın yeni transferi Mahmud Qurbanov Qol.Az saytına müsahibə verib
- “Bakı” “Xəzər-Lənkəran”la oyun necə hazırlaşıb?
- Biz hər görüşdə olduğu kimi, bu dəfə də qələbə qazanmaq arzusundayıq. Kubok oyunu iki matçın nəticəsinə görə hesablanır. Yarımfinala çıxmaq üçün ilk oyunda qələbə qazanmaq istəyirik.
- Rəqibin gücü sizi qorxutmur?
- Doğrudur, “Xəzər-Lənkəran” iddialı komandalardan biridir. Amma “Bakı”da bunlardan geri qalmır. Bu səbəbdən görüşün maraqlı keçəcəyini düşünmək olar. Açığı, bizim üçün çətin oyun olacaq. Çünki «Xəzər-Lənkəran»ın güclü azarkeş dəstəyi var.
- Ən güclü azarkeş dəstəyinə malik bir komandaya qarşı oyunda problem yaşamayacaqsınız ki?
- Bizim futbolçuların hamısı çoxlu azarkeş dəstəyi altında oynamağı bacaran oyunçulardır. Bir də yalnız qələbə barədə düşünəcəyik. Bu istəyimizi gerçəkləşdirmək üçün son dəqiqələrə qədər mübarizədə olmalıyıq.
- “Xəzər-Lənkəran”da sənin keçmiş komandan sayılır...
- Düzdür, “Xəzər-Lənkəran”la mənim maraqlı xatirələrim var. Karyeramın yaxşı çağlarının bir hissəsi bu klubun payına düşür. Lənkəranlı fanatlarla isə münasibətim indi də var. Amma nə etmək olar? Mən peşəkar futbolçuyam. Bir gün “Xəzər-Lənkəran”da, başqa gün isə “Bakı”da oynayıram. Hazırda paytaxt təmsilçisinin formasını geydiyim görə layiqli çıxış etməliyəm.
- “Xəzər-Lənkəran”ın qapısından qol keçirsən, keçmiş komandanın azarkeşlərinin üzünə baxmağa utanmarsan?
- Hər halda azarkeşlər məni başa düşərlər. Axı, mən rəqib komandanın şərəfini qoruyuram. “Xəzər-Lənkəran”ın qapısından qol keçirməyə məcburam. Axı, “Bakı”lı azarkeşlərin də məndən istəyi var.
- “Bakı” ölkə kubokunu qazana biləcək?
- Bizim məqsədimiz həm kuboku qazanmaq, həm də çempion olmaqdır. Bunun üçün mübarizəmizi ciddi davam etdiririk. Amma indidən bir şey demək düzgün olmaz.
- Premyer-liqadan söz düşmüşkən, “Bakı”nın ikinci dövrədə keçirdiyi oyunlar haqda fikirlərin maraqlı olar?
- İkinci dövrədə cəmi iki tur geridə qalıb. Qarşıda bizi güclü komandalarla oyun gözləyir. Əsas məsələ onlarla matçda qələbə qazanmaqdır.
- “Bakı”ya hansı komandaları əsas rəqib sayırsan?
- “Karvan”, “Xəzər-Lənkəran”, “Simurq” kimi klublarla maraqlı və gərgin oyunlarımız olacaq.
- Ölkə çempionatının 16-cı turunda “İnter”ə qarşı oynayacaqsınız. Keçmiş komandanla oyuna necə hazırlaşırsan?
- Hər görüşə necə, bu oyuna da elə hazırlaşıram. “İnter” mənim keçmiş komandam olmasına baxmayaraq, ona rəqib gözlə baxıram. “Bakı”nın həmin oyunda qələbə qazanması üçün layiqli mübarizə aparacağam.
- “İnter”dən ayrılanda bəzi problemlə yaşadın. Baş məşqçi Valentin Xodukinə nəsə sübut etmək istəyirsən?
- Nəyi sübut edəcəyəm? Məni tanıyanlar necə futbol oynadığımı, hazırlığımın hansı səviyyədə olduğunu yaxşı bilirlər. Buna görə kiminləsə artıq danışmaq istəmirəm. Mənim oyunumu bəyənməyənlərə sözüm yoxdur.
- Artıq “Bakı”nın heyətində iki tur əsas heyətdə oynamısan. Öz oyunundan razısan?
- Qoy, bu suala cavabı azarkeşlər versin, mənim oyunuma baxan mütəxəssislər münasibət bildirsin.
- Milli komandamız barədə də soruşmaq yerinə düşərdi. Baş məşqçi Berti Foqts “İnter”də ehtiyatda oturduğun üçün səni komanda çağırmırdı. İndi isə “Bakı”da əsas oyunçulardan birisən...
- Vallah nə deyim? Berti Foqts kimi istəyirsə, onu da əsas komandaya çağırır. Hər halda, görünür, məni hələ hazır saymadığı üçün milli komandaya dəvət etmir.
"Qarabağ" - "Sabah" oyunundakı qollar - Video
"Zirə" Azərbaycan çempionu oldu
"Zirə" "Turan Tovuz"u belə məğlub etdi - Video
İllərdir futbolumuzda belə anşlaq olmurdu - Video
"Finala çıxdığımızı düşünmürəm" - Rəşad Sadıqov
"Şəfa" büdrədi, "Şahdağ Qusar" qalib gəldi
“Haqqımız Əliyar Ağayevin haramı olsun” - Video
Luçeskunun durumu açıqlandı
Qattuzo istefaya göndərilməsindən danışdı
"Qarabağ" - "Sabah": Heyətlər
"Baku Open" şahmat festivalı keçiriləcək
Messinin DÇ-2026-da iştirakı sual altındadır
Premyer Liqanın ən yaxşı oyunçusu seçildi
Qattuzo istefaya göndərildi
"Turan Tovuz" - "Zirə": Heyətlər
Arteta İngiltərədə ən yaxşı məşqçi seçildi
Luçeskunun ürəyi tutuldu
"Fənərbaxça"nın futbolçusu azadlığa buraxıldı
Harri Keyn sabah oynamayacaq
FİFA finala biletlərin qiymətini kəskin artırdı
Lukas Peresin yeni klubu məlum oldu
Azərbaycan futzal millisinin heyəti açıqlandı
AFFA prezidentindən Qurban Qurbanovla bağlı açıqlama
Cahangir Həsənzadə AFFA-dakı vəzifəsindən ayrılır
Azərbaycanda ən çox azarkeş toplayan komandalar açıqlandı
UEFA Azərbaycan klublarına nə qədər maliyyə vəsaiti ayırıb?
Rövşən Nəcəf Ayxan Abbasovun işinə qiymət verdi
"O stadion təmirə bağlanır" - Cahangir Fərəcullayev
İllik gəlir 61 milyon manat olub - AFFA açıqladı
AFFA-nın Hesabat Konfransı keçirilir
Del Pyero İtaliya millisi haqda - "Bu, rüsvayçılıqdır"
AFFA-da klublar üçün seminar
Ronaldo hazırdır
İtaliya millisinin baş məşqçisi vəzifəsinə 3 əsas namizəd
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video